"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Lamiyə Quliyevanın vəkili prezidentə müraciət edəcək

04 Fevral 2015 - 08:53
in GÜNDƏM
FacebookVatsap

Fəxrəddin Mehdiyev: “Bu, köhnə xəbərdi və müvəkkilimi azadlığa qovuşduracaq qərar verilməyib” img1734761

Bunu da oxuyun

Prezident: 3 500-dən çox Azərbaycan vətəndaşı minalardan zərər çəkib

ANAMA sədri: 2020-ci ilin noyabr ayından Azərbaycanda minatəmizləməyə 590 milyon dollar ayrılıb

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

Məhkum Lamiyə Quliyevanın məhbəsdə ana olması xəbəri yayılan gündən 2 həftədən artıq vaxt keçir. Penitensiar Xidmət, Ombudsmanlıq məsələni araşdırdıqlarını bəyan etsələr də, bu gün də ortada nəticə yoxdur. Qəribə orasıdır ki, böyük bir cinayəti görməyib medianı suçlayanlar Penitensiar Xidmət, Ombudsmanlıq kimi “uşağın atası kimdir” sualı qarşısında acizdirlər.

Detallara da varmadan “bu şəxsi məsələdir, üstünə bu qədər niyə gedilir” kimi qınaqlar var. Amma bu qınaqları səsləndirənlər L.Quliyeva və Vüqar Əliyevin həbsə aparan məsələnin mahiyyətinə, məhkumların həbsdə ikən üzləşdikləri qanunsuzluqlara diqqət etməkdən uzaqdırlar…

“Lamiyə Quliyeva bəraət aldı” başlığına vəkil düzəliş verdi

Bu gün azvision.az-ın L.Quliyeva haqda xəbəri bir andaca bütün saytların əsas xəbərinə çevrildi. “Lamiyə Quliyevaya bəraət verildi” başlığı hətta məhkum qadının başına gətirilən müsibətləri görməzdən gələn saytların da manşeti oldu.

Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev “Yeni Müsavat”a deyib ki, xəbər köhnədir: “Lamiyə Quliyevaya ümumilikdə 3 dəfə ittiham irəli sürülüb. 2003-cü ildə onu Cinayət Məcəlləsinin 120-ci  – qəsdən adam öldürmə maddəsi ilə ittiham edib 10 müddətinə azadlqıdan məhrum ediblər. 2-ci dəfə, 2012-ci ildə Lamiyə Quliyevaya Cinayət Məcəlləsinin 317-ci – cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma – maddəsi ilə ittiham elan olunub. Bu maddə ilə məhkəmə qarşısına çıxarılıb və 5 il 6 ay əvvəlki hökmlə təyin olunmuş cəzanın üstünə gəlinib. Yəni Lamiyə Quliyevanın cəzası 15 il 6 aya çatdırılıb. Bundan 1 il sonra, 2013-cü ildə Lamiyə Quliyevaya növbəti – 3-cü dəfə ittiham verilib. Guya Lamiyə Quliyeva digər məhkumdan hədə-qorxu ilə pul tələb edib. O vaxt mənimlə Xətai Rayon Məhkəməsində Lamiyənin hüquqlarını müdafiə etmək üçün müqavilə bağlandı. Cinayət Məcəlləsinin 182-ci – hədə-qorxu ilə tələb etmə maddəsi ilə  cinayət işi başlamışdılar. İttihamın əsasını bir qadın məhkumun yalnız ifadəsi təşkil edirdi. Guya Lamiyə hədə-qorxu ilə ondan pul tələb edib. Əsassız, qondarma ittiham idi. İşə Xətai Rayon Məhkəməsində hakim İbrahim İbrahimov baxdı və bəraətverici əsaslarla hökm çıxarıldı. Lakin prokurorluq protest verdi, iş Bakı Apelyasiya Məhkəməsinə göndərildi. Hakim Sahibxan Mirzəyev həmin hökmü ləgv edib Lamiyə Quliyevanın cəzasını 6 il 6 ay artırdı. Ali Məhkəmədə hakim Hafiz Nəsibov Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edib birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxladı. Bəli, bu işlə Lamiyə Quliyevaya bəraət ala bildik. Amma bu bəraət hökmü onun azadlığa çxmasına səbəb olmadı”.

“Onun psixoloji cəhətdən sındırılmasına yönəlmiş, hesablanmış…”

F.Mehdiyev sonuncu ittihamın əsasını təşkil edən ifadənin Aslan Aslanovun sifarişi ilə verilməsi haqda suala belə cavab verib: “Lamiyənin təqsirləndirilməsinə dair cinayət işlərinin başlanması, ardıcıllığı, intervalları göstərirdi ki, bu, ittiham edilənə qarşıdır. Onun psixoloji cəhətdən sındırılmasına yönəlmiş, hesablanmış addımlar idi. Cinayət işinin başlanması, işdəki xüsusiyyətlər ona dəlalət edirdi ki, bu, hesablanmış addımlardır”.

Vəkil müvəkkili ilə görüş üçün Penitensiar Xidmətə 1 həftə əvvəl ünvanladığı məktuba hələ də cavab ala bilmədiyini söylədi: “Lamiyə ilə görüşmək üçün Penitensiar Xidmət icazə verməlidir. 1 həftə əvvəl müraciət etmişəm, amma cavab verməyiblər. Cavab olan kimi onunla görüşə gedəcəyəm”.

Vəkil prezidentə müraciət edəcək

“Lamiyə Quliyeva ana olubsa buna kimsə irad bildirə bilməz. Amma bu məhbəsdə, qadının rəsmi nikahı olmadığı halda baş veribsə, artıq cinayət tərkibi yaranır. Cinayət Məcəlləsinin fahişəliyə cəlb etmə və səlahiyyət həddini aşma maddələri ilə cinayət işi başlanmalı, araşdırma aparılmalıdır” 

Həbs edilərkən L.Quliyevanın nişanlısı olmuş, sonradan isə məhbəsdə digər qadınla ailə həyatı quran Vüqar Əliyevin vəkili Adəm Məmmədov hər 2 şəxsin azad edilməli olduğunu deyib: “Lamiyə Quliyevanın Cəzaçəkmə Müəssisəsində ana olması cəmiyyətin diqqətini bu olayın üstündə fokslaşdırdı. Lamiyə Quliyeva ana olubsa buna kimsə irad bildirə bilməz. Amma bu məhbəsdə, qadının rəsmi nikahı olmadığı halda baş veribsə, artıq cinayət tərkibi yaranır. Cinayət Məcəlləsinin fahişəliyə cəlb etmə və səlahiyyət həddini aşma maddələri ilə cinayət işi başlanmalı, araşdırma aparılmalıdır.

Əgər müəssisə nəzarətçisi, rəisi və ya digər şəxs pul qarşılığında bunu edibsə, burada fahişəliyə cəlb etmənin əlamətləri var.  Kimliyindən asılı olmayaraq bu cinayətin sifarişçiləri varsa müəyyən edilməli, qadının cəzaçəkmə yerindən çıxarılmasına şərait yaradanlar və ya onun yanına digər şəxsin gəlməsinə göz yumanlar məsuliyyətə cəlb edilməlidirlər. Cəzaçəkmə müəssisəsindən Lamiyə Quliyevanın çıxarılması, gizli görüşün baş tutması onu deməyə əsas verir ki, dəfələrlə adam öldürmüş, killer olaraq həbsxana divarları arasına salınan şəxslər də hansısa maraqlar qarşısında saxlanma yerini tərk edə bilər. Bu çox təhlükəli bir cinayətə şərait yaradılmasıdır. Lamiyə Quliyeva kiminləsə münasibət qura bilər. Amma Cəzaçəkmə Müəssisəsində çalışanlar bunun qarşısını almağa borcludurlar”.

Vəkil müvəkkili V.Əliyevlə görüşmək üçün Penitensiar Xidmətə müraciət etdiyini, lakin müraciətinin cavabsız buraxıldığını deyib: “Cavab verilən kimi gedib Vüqar Əliyevlə görüşəcəyəm.

“Cəzaçəkmə müəssisəsindən Lamiyə Quliyevanın çıxarılması, gizli görüşün baş tutması onu deməyə əsas verir ki, dəfələrlə adam öldürmüş, killer olaraq həbsxana divarları arasına salınan şəxslər də hansısa maraqlar qarşısında saxlanma yerini tərk edə bilər. Bu çox təhlükəli bir cinayətə şərait yaradılmasıdır”

“Cəzaçəkmə müəssisəsindən Lamiyə Quliyevanın çıxarılması, gizli görüşün baş tutması onu deməyə əsas verir ki, dəfələrlə adam öldürmüş, killer olaraq həbsxana divarları arasına salınan şəxslər də hansısa maraqlar qarşısında saxlanma yerini tərk edə bilər. Bu çox təhlükəli bir cinayətə şərait yaradılmasıdır”

Onun prezidentə müarcət etməsini zəruri hesab edirəm. Bu işin arxasında birmənalı şəkildə Aslan Aslanov dayanıb. Ona görə də Vüqar Əliyevə ömürlük həbs cəzası verilib. Halbuki, Lamiyə Quliyeva özü məhkəmələrində dəfələrlə etiraf edib ki, qətli o törədib, Vüqar Əliyev isə sadəcə onun yanında olub. Bu ifadənin nəzərə alınmaması işin sifarişlə, qərəzlə aparıldığına birbaşa sübutdur. Bu günə qədər Azərbaycanda bir qadın məhkumun cəzasının bunca artırılması, ona əlavə ittihamlar irəli sürülməsi halı olmayıb. Bu iş əvvəl gündən sifarişlə aparılıb, Lamiyə Quliyeva həbs olunduğu gündən müstəntiq və digər şəxslər tərəfindən zorkılığa məruz qalıb. Bütün bu məsələlər araşdırılmaldır. İşdə adı hallanan Aslan Aslanovun oğlu Turqay Aslanovun Ədliyyə Nazirliyi İstintaq İdarəsinə müstəntiq vəzifəsinə təyinat almasının təsadüf olub-olmamasına aydınlıq gətirilməlidir. Aslanovun qardaşının polis rəisi olaraq hər 2 məhkumun ailəsinə qarşı etdiyi qanunuszluqlar araşdırılmalıdır”.

Qeyd edək ki, azvision.az Azərbaycan Respublikası Ali Məhkəməsinin 1 oktyabr 2014-cü il tarixli Qərarı ilə Quliyeva Lamiyə Sahib qızına bəraət verilməsi haqda xəbər yayıb. Xəbərdə deyilir: “Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Quliyeva Lamiyə Sahib qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmündən verilmiş kassasiya şikayətinə baxaraq, təmin edib. Quliyeva Lamiyə Sahib qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmü ləğv edilib”.

Bu xəbər qarşıqlıq yaradıb. Belə qəbul edilib ki, guya L.Quliyeva bəraət hökmü ilə azadlığa qovuşub. Əslində isə bəraət hökmü L.Quliyevanın növbəti dəfə cəza müddətinin artırılmasının qarşısını alıb.

E.MƏMMƏDƏLİYEV

Previous Post

Lamiyə Quliyevanın vəkili prezidentə müraciət edəcək

Next Post

Poroşenko: “Ukrayna federallaşmayacaq…”

Bənzər yazılar

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident: 3 500-dən çox Azərbaycan vətəndaşı minalardan zərər çəkib

02 Sentyabr 2026 - 11:48

Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla,...

ANAMA sədri: 2020-ci ilin noyabr ayından Azərbaycanda minatəmizləməyə 590 milyon dollar ayrılıb

ANAMA sədri: 2020-ci ilin noyabr ayından Azərbaycanda minatəmizləməyə 590 milyon dollar ayrılıb

02 Sentyabr 2026 - 11:09

Mina problemini heç bir ölkə təkbaşına həll edə bilməz. Elchi.az xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov IV...

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

01 Sentyabr 2026 - 17:03

Böyük siyasətdə təsadüflərə yer yoxdur. İlk baxışdan hətta təsadüfi hesab olunan hadisələr belə zamanla möhtəşəm geosiyasi gedişatın unudulmaz rəmzinə çevrilə...

İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir – CANLI

31 Avqust 2026 - 18:45

Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev...

Next Post

Poroşenko: “Ukrayna federallaşmayacaq...”

İrəvana qarşı gizli Moskva-Bakı-Ankara anlaşması

Son xəbərlər

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 21:09
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

04 Sentyabr 2026 - 21:03
Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

04 Sentyabr 2026 - 19:26
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 19:12
Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

04 Sentyabr 2026 - 18:53
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Yaşıllıqlara 200 min manat ziyan vuruldu

04 Sentyabr 2026 - 18:45
Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

04 Sentyabr 2026 - 18:36
Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

04 Sentyabr 2026 - 18:22
Bakı metrosunda ötən ay 18 milyondan çox səfər qeydə alınıb

Bakıda yeni metro stansiyanın adı “20 Sentyabr” olacaq

04 Sentyabr 2026 - 18:14
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

04 Sentyabr 2026 - 17:59
Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

04 Sentyabr 2026 - 17:47
Tərtərdə toydan gələn maşın qəzaya düşdü – FOTO

Tərtərdə toydan gələn maşın qəzaya düşdü – FOTO

04 Sentyabr 2026 - 17:37
2025-ci ildə dünyada milyarderlərin sayı 8,2% artıb

2025-ci ildə dünyada milyarderlərin sayı 8,2% artıb

04 Sentyabr 2026 - 17:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.