"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Uyğur türklərinin soyqırımı ilə bağlı fotolardakı şübhəli məqamlar…

03 İyul 2015 - 16:16
in DÜNYA
FacebookVatsap

Uyğur türklərinin soyqırımı ilə bağlı fotolardakı şübhəli məqamlar...

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Şərqi Türküstanda baş verənlərə dünya sussa da, Azərbaycan gəncləri susmadılar

Müşfiq Atilla Vəliyev: “Mübarizəmizi görməməzlikdən gəlirlər”
Son günlərdə Şərqi Türküstanda uyğur türklərinə qarşı kütləvi qətliam prosesi həyata keçirilir. Çin hökuməti hər gün onlarla uyğurun həyatına son qoyur. Bundan daha dəhşətlisi isə insanların dininə əl uzadılmasıdır. Belə ki, küçələrdə qadınların başından örtüklər götürülür, insanların məscidə getmələrinə və oruc tutmalarına ciddi əngəllər yaradılır.
Bütün bunlara etiraz edən uyğur türkləri isə zorakılığa məruz qalırlar.
Onu da qeyd edək ki, Şərqi Türküstanda baş verən qırğınlarla bağlı paylaşılan fotolarda bir sıra şübhəli məqamlar ortaya çıxıb. Belə ki, qətliamı özündə əks etdirən şəkillərin digər hadisələrdən götürüldüyü üzə çıxıb. Ya dəhşətli avtomobil qəzasından, ya da dünyanın hansısa yerində baş verən faciədən şəkillər götürüldüyü məlum olub.  Çoxları hesab edir ki, bu yolla əslində qalsa, baş verən dəhşətli faciənin üstünə kölgə salmaq istəyirlər.
Uyğur türklərinin qətlinə dünya sussa da, Azərbaycan susmadı. Belə ki, iyulun 1-də Çinin Azərbaycandakı səfirliyinin qarşısında Şərqi Türküstanda baş verən hadisələrə etiraz olaraq, aksiya keçirilib. Aksiya Milliyyətçi Gənclər Təşkilatı (MGT) tərəfindən təşkil olunub.  İştirakçılarından saxlanılanlar olsa da, sonradan azad olunublar.
MGT-nin idarə heyətinin üzvü Müşfiq Atilla Vəliyev qətliamla bağlı paylaşılan şəkillərdə bəzi şübhəli məqamların olduğunu bildirdi: “Doğrudur, uyğur türklərinə qarşı törədilən hadisələrlə bağlı əlavə şəkillər olub. Amma əminəm ki, belə şəkillərin nümayiş etdirilməsində məqsəd var. Dünya ictimaiyyətinə göstərmək istəyirlər ki, guya yalandır. O şəkillərin yayılmasında birbaşa məqsəd var. 2010-cu ildə şəxsən özüm uyğurlar yaşayan əraziyə getmişəm. Yerli əhali ilə danışmışam. Həqiqətən də orada uyğur türklərinə qarşı soyqırım siyasəti aparılır. Çin rejimi tərəfindən təzyiqlər həddindən artıqdır. Öldürmələr, işgəncə halları var. Belə videolar, şəkillər saysız-hesabsızdır. Yerli camaatla danışılsa, hər şey üzə çıxar. Sadəcə, araşdırma aparmaq lazımdır”.
MGT idarə heyətinin üzvü aksiyaya görə ciddi qınaqlarla üzləşdiklərini də qeyd etdi: “Bizi qınayanlar çox oldu. Əsas gətirdilər ki, problemlərimiz qalıb burada, uyğur türkləri müdafiə olunur. Unutmaq olmaz ki, uyğurların yaşadığı insanlıq dramıdır. Şovinist siyasətin qurbanı olurlar. Körpələr, qadınlar məhv edilir. Buna etirazımızı sivil şəkildə bildirdik. Saxlanılmalar oldu. 10 nəfərə yaxın üzvümüz mən də daxil olmaqla saxlanıldı. Xəbərdarlıqdan sonra buraxıldıq. Çalışdıq ki, polislə münaqişəmiz olmasın. Buna baxmayaraq, yenə də bizi saxladılar”.
Müşfiq Atilla Vəliyev daim bu cür hadisələrə reaksiya verdiklərini söylədi: “Əsgər ölümlərinə son”, İsmayıllı hadisələri və bu tipli hadisələrdən qaçmamışıq. Gənclər olaraq sözümüzü demişik. Millətimizin daim yanında olmuşuq. Kimlər bizə deyirsə ki, başqa xalqların problemini qabardırıq, səhv fikirdir. Əsla belə deyil. Ölkəmizdə baş verən problemləri də daim öndə tuturuq. Keçən il cəbhədə baş verənlərlə bağlı yeganə aksiyanı biz keçirdik. Eyni anda Bakı və Gəncədə aksiyamız baş tutdu. Bakıdan 14 nəfərə, Gəncədən isə üç nəfərə mən  də daxil olmaqla, bir neçə sutkalıq həbslər verildi. Biz daim sözümüzü deyirik. Heç nədən çəkinmirik. Sona qədər də sözümüzü deyəcəyik. Çox təəssüflər olsun ki, mübarizəmizi görməməzlikdən gəlirlər. Qiymət verən yoxdur. Həbslərimizi müxalifət, qərbyönlü dairələr, AzadlıqRadiosu, Meydan.TV və başqaları heç vaxt gündəmə gətirmirlər. Bizləri müdafiə etmirlər. Burada qərəzli mövqe var. Etirazımızı daim ifadə etmişik, edəcəyik də… Millətçi gənclər olaraq, daim millətimizin yanındayıq”.

 

Previous Post

Uyğur türklərinin soyqırımı ilə bağlı fotolardakı şübhəli məqamlar…

Next Post

Bakıda 3 vəzifəli şəxs həbs olundu

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24

ABŞ Ukrayna tərəfi ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb. Elchi.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald...

Next Post

Bakıda 3 vəzifəli şəxs həbs olundu

Bakıda 3 vəzifəli şəxs həbs olundu

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.