“Gələcəkdə uşaq və böyüklərin bərpa və reabilitasiya mərkəzləri ayrı olacaq”.
Elchi.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Pərvin Əkbərov deyib. Onun sözlərinə görə, uşaqların reabilitasiya planı ayrı olacaq:
“Çalışırıq ki, bunu tezliklə həll edək, çünki psixoloji olaraq düzgün deyil. Tibbi protokolla da düzgün hesab olunmur. Uşaqlar bərpa mərkəzinə gəldikdə hansısa üzvü amputasiya olunmuş şəxsi görməməlidir. Yaxud ağlayan uşaq səsi böyükləri narahat etməməlidir. Bu səbəbdən dolayı düşünürük ki, bunlar ayrı olmalıdır”.