Urmiya gölü İran üçün ictimai, siyasi və iqtisadi böhrana çevrilib.
Elchi.az xəbər verir ki, bunu parlamentdə Qərbi Azərbaycan nümayəndə heyətinin sədri, deputat Hakim Məmekan deyib.
“Urmiya gölü böhranına laqeydlik ətraf vilayətlər, hətta bütün ölkə üçün sağalmaz nəticələrə gətirib çıxara bilər. Urmiya gölünün quruması sadəcə bir ekoloji məsələ deyil. Bu məsələ ictimai, siyasi və iqtisadi təhdidə çevrilib. Gələcəkdə gölün ətrafındakı vilayətlərdə xəstəliklərin artmasının şahidi olacağıq. Eləcə də, iqlim və kənd təsərrüfatı sahəsinə ciddi ziyan dəyəcək”, – deputat vurğulayıb.
Qeyd edək ki, bir vaxtlar Yaxın Şərqdə ən böyük göl hesab edilən Urmiya gölünün 90%-dən çoxu quruyub.






















Bu məqalədə Urmiya gölünün qurumasının nə qədər ciddi fəsadlar yarada biləcəyi çox gözəl izah olunub. Həqiqətən də, bu, sadəcə ekoloji deyil, həm də ictimai və iqtisadi bir böhrandır. Gələcəkdə daha böyük problemlərlə qarşılaşmamaq üçün bu məsələyə diqqət yetirilməlidir.
Bəli, məqalədə deyildiyi kimi Urmiya gölü tamamilə quruyub, bu heç də yaxşı deyil. Həqiqətən də, Urmiya gölü ilə bağlı ciddi problem var. Gələn dəfə gedəndə Urmiya gölünü əvvəlki kimi görə biləcəyikmi, bilmirəm.