Ürək xəstəliklərindən sonra reabilitasiya – Tusi adına klinika təqdim edir

78

Ürək reabilitasiyası ürək xəstəsinin , stenokardiya , miokard infaktı ,ürək əməliyyatı və s. keçirmiş , bunun nəticəsində əmək qabiliyyətini itirmiş xəstələrin ən qısa müddətdə yaxşılaşmasını və normal həyata qayıtmasını təmin edən , həmçinin gələcəkdə ürək-damar xəstəliklərinin yaranma riskinin azaldılmasına , həyat keyfiyyətini və müddətini artırmağa yönəldilmiş həkim nəzarəti altında aparilan məşq proqramıdır.
Ürək reabilitasiyanina aid xəstə qrupu:
Miokard infarktı 
-Ürək çatışmazlıgı 
-Hipertoniya 
-Aritmiya 
-Stenokardiya 
-Dilatasion kardiomiopatiya 
-Kardiostimulyar və İCD
-Bəzi anadangəlmə ürək qüsurları
-Açıq ürək əməliyyatı keçirmiş şəxslər 
-Ürək köçürülməsi 
-Qapaq cərrahiyyə əməliyyatı 
-Anevrizma cərrahiyyə əməliyyatı
-Koronar balon angioplastikası
-Piylənmə
-Şəkərli diabet.
Ürək reabilitasiyası bütün yaş dövrlərində, o cümlədən yaşlı xəstələrdə müvəffəqiyyətlə tətbiq edilə bilər.
Ürək rebilitasiyasında məqsəd:
-Ürək əməliyyatından sonra normal həyata dönüş müddətini sürətləndirmək.
– Əzələ gücünü artırmaq. 
-Döş qəfəsində ağrı və təngnəfəslik şikayətlərini azaldib, aradan götürmək. 
-Yüksək təzyiq və yüksək xolesterinə nəzarət. 
-İnfarkt keçirmə riskini və təkrar xəstəxanada yatma ehtimalını minimuma endirmək. 
-Piylənmənin müalicəsi. 
-Siqaret və stressə qarşı mübarizə.