"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Uorlik Əliyevlə nədən danışıb? – (Video)

17 Fevral 2015 - 00:09
in SİYASƏT
FacebookVatsap

Prezident İlham Əliyevlə görüşdən sonra ATƏT-in Minsk Qrupunun amerikalı həmsədr Ceyms Uorlik ANS-ə eksklüziv açıqlama verib. 

Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyində baş tutan müsahibədə həmsədr prezidentlə danışıqların bəzi detallarını açıqlayıb.
– Təmas xəttində Ermənistanın təxribatı nəticəsində yaranmış son vəziyyəti necə təhlil edərdiniz, münasibətiniz necədir?
– Sualınızı cavablandırmazdan öncə mənə müsahibə imkanı yaratdığınız üçün sizə təşəkkürümü bildirirəm. Hər bir zaman Bakıya gəlmək mənə çox xoşdur. Ona görə ki, hər dəfə Bakıya gələndə həm prezident İlham Əliyevlə, həm də digər rəsmilərlə görüş imkanı əldə edirəm. Bizi həqiqətən Azərbaycan və Ermənistanın təmas xəttində yaranmış vəziyyət çox narahat edir. Çünki bizim narahatlığımız üçün həqiqətən tutarlı səbəb var. Keçən il bu baxımdan çox təhlükəli bir il oldu. Bir il ərzində təxminən 60 nəfər həyatını itirmişdi. Bu il də həmin gərginlik davam edir. Elə təkcə yanvar ayı ərzində 12 nəfər həyatını itirib. Onu da qeyd etmək istəyirəm ki, biz həm Azərbaycana, həm də Ermənistana üzümüzü tutaraq deyirik ki, bu kimi addımlar atmaqdan çəkinsinlər. Düşünürük ki, burada əsas amil razılaşdırılmış sülh sazişinə, atəşkəs rejiminə riayət etməkdir.
– Azərbaycan prezidenti də dəfələrlə münaqişənin həllinin uzanmasında, o cümlədən də cəbhə xəttində gərginliyin artmasında rəsmi İrəvanı ittiham edir. Əslində bu, kifayət qədər də əsaslanmış bir ittihamdır. Çünki həmsədr olaraq prosesləri yaxından izləyirsiniz və sizə məlumdur ki, Ermənistan tərəfi ilə aparılan danışıqların müsbət bir mərhələsində işğal olunmuş ərazilərdə irimiqyaslı hərbi təlimlərə başladı. Həmsədr olaraq sizin Ermənistana hər hansı bir təzyiq mexanizminiz varmı?
– Bu sualınıza cavab olaraq onu demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll oluna bilməz. Hərbi yoldan istifadə sülh istiqamətində həyata keçirilən danışıqları geriyə çəkərək münaqişənin həllini gecikdirir. Bununla yanaşı istənilən hərbi əməliyyatlar həyata keçiriləndə Azərbaycan və Ermənistan həm insani, həm də iqtisadi itkilərlə üz-üzə qalır. Bu səhər ATƏT-in Minsk Qrupunun həmsədrləri prezident İlham Əliyevlə görüş keçiriblər. Bu görüşdə biz prezident İlham Əliyevə dedik ki, son zamanlar təmas xəttində yaranan gərginlik bizi çox narahat edir. Bu məsələdən cənab İlham Əliyev də narahatlıq keçirdiyini qeyd etdi. Düşünürəm ki, hal-hazırda hər bir kəsin önündə bir çağırış var. Baş verən zorakılıqları, insan itkilərini, dağıntıları bir kənara qoyub gələcək irəliləyiş üçün addımlar atmalıyıq ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Münaqişənin sülh yolu ilə həll olunması hər iki dövlətə, eləcə də bütün regiona öz bəhrəsini verəcək.
– Gərgin vəziyyət göstərdi ki, dondurulmuş münaqişə region üçün istənilən halda təhlükədir. Amma Ukrayna məsələsi ilə əlaqədar Qərb dövlətləri birləşərək Rusiyaya qarşı sanksiya tətbiq etdilər. Amma 20 ildir Azərbaycanın əraziləri işğal altındadır, amma Ermənistana qarşı heç bir sanksiya tərtbiq olunmur…
– Öncə onu qeyd etmək istərdim ki, biz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tamamilə dəstəkləyirik. Lakin bilirsinizmi, sözügedən münaqişələr ümumiyyətlə zəmin baxımından çox fərqlənir. Sadəcə olaraq Dağlıq Qarabağ münaqişəsi ilə Ukrayna böhranını, yaxud da Gürcüstanda, Moldovada yaranan münaqişə vəziyyətinə paralel xətlər çəkmək lazım deyil. Bunlar tamamilə fərqli münaqişələrdir və bunların həllinə müxtəlif yanaşmalar mövcuddur. Bununla yanaşı onu da qeyd etmək istəyirəm ki, istənilən münaqişənin həlli istiqamətində müəyyən elementlər və prinsiplər var ki, bunlar bir növ universal olan amillərdir. Hər bir konfliktin həll olunması üçün müxtəlif bir zəmin yaradırlar. Düşünürəm ki, biz Dağlıq Qarabağ münaqişəsinə məhz bu nöqteyi-nəzərdən yanaşmalıyıq. Yəni ki, sözügedən elementləri və prinsipləri toplayaraq onlara hörmətlə yanaşılmasını təmin etməliyik. Düşünmürəm ki, müxtəlif münaqişələri eyniləşdirib eyni təsir metodundan istifadə etmək olar.
– Cənab Uorlik, 15 il öncə həmsədrlər münaqişənin həlli ilə bağlı regiona səfərə gəlirdilərsə, o zaman istənilən halda ölkə əhalisində də onların gəlişini gözləmək üçün bir maraq var idi. Yəni insanların onlara qarşı bir ümidi vardı. Belə ki, həmsədrlər münaqişəni sülh yolu ilə həllində bizə yardımçı olacaqlar. Amma zaman keçdikcə həmsədrlərin gəlişi və gedişinə artıq sadə Azərbaycan vətəndaşı da onların səfərlərinə turist səfəri kimi baxmağa başladı. Həmsədrlər bu stereotipi dağıtmaq üçün nə edə bilərlər? 
– Biz Azərbaycana və Ermənistana hər səfərimizdə Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində vasitəçilik işini həyata keçiririk. Münaqişənin həll olunması istiqamətində həll yolunun tapılması və razılaşdırılması bilavasitə Azərbaycan və Ermənistan prezidentlərinin, eləcə də sözügedən dövlətlərin hakimiyyətlərinin bir növ seçimidir.
– Bu gün cənab prezident İlham Əliyevlə görüşdünüz. Hansı təkliflərlə gəlmişdiniz və dövlət başçsından nələri eşitdiniz?
– ATƏT-in həmsədrləri olaraq görüşlərə dair bəzi məlumatları gizli saxlamalıyıq. Sadəcə olaraq onu deyə bilərəm ki, biz prezidentlə görüşümüz zamanı onu müşahidə etdik ki, cənab İlham Əliyev həqiqətən sülhsevərdir. O, problemin sülh istiqamətində həllində maraqlıdır. Bizim apardığımız işi yaxşı qiymətləndirən prezident məsələ ilə bağlı öz baxışlarını da bizimlə paylaşdı. Onu da qeyd etmək istərdim ki, Azərbaycan prezidenti ilə hər dəfə görüşəndə bizim üçün faydalı olur. Çünki o, həmişə açar olan məsələlərə öz diqqətini yönəldir. Düşünürəm ki, bu baxımından prezident İlham Əliyevlə görüşlər keçirmək faydalıdır.

Bunu da oxuyun

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

Previous Post

Uorlik Əliyevlə nədən danışıb? – (Video)

Next Post

Ukraynanı dağıdan QRU polkovniki: “Kakoy-nibud Surət Hüseynov…”

Bənzər yazılar

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

23 İyul 2026 - 19:30

23 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentinin köməkçisi, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi...

Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

23 İyul 2026 - 19:11

Gürcüstan digər ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir. Elchi.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sinqapurda jurnalistlərə...

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

23 İyul 2026 - 15:36

“Bizim Mərkəzi Asiya ölkələri, həmçinin qonşularımız – Azərbaycan, Ermənistan, Türkiyə ilə sıx münasibətlərimiz var və biz bu münasibətləri daha da...

Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

23 İyul 2026 - 11:03

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab...

Next Post

Ukraynanı dağıdan QRU polkovniki: “Kakoy-nibud Surət Hüseynov...”

Ukraynanı dağıdan QRU polkovniki: “Kakoy-nibud Surət Hüseynov...”

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

23 İyul 2026 - 19:30
Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu

Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu

23 İyul 2026 - 19:21
Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

23 İyul 2026 - 19:11
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

23 İyul 2026 - 18:57
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

23 İyul 2026 - 18:46
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

23 İyul 2026 - 18:34
ADY sərnişin daşınmasını 18% artırdı

ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb

23 İyul 2026 - 18:24
Bakıda 23 istiqamətdə sıxlıq var – FOTO

Bakıda 23 istiqamətdə sıxlıq var – FOTO

23 İyul 2026 - 18:09
İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər

İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər

23 İyul 2026 - 17:59
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib

Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib

23 İyul 2026 - 17:45
Sabah bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödəniləcək

Sabah bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödəniləcək

23 İyul 2026 - 17:37
“Barselona” yeni hücumçu aldı

“Barselona” yeni hücumçu aldı

23 İyul 2026 - 17:25
Dron hücumundan sonra İraq-Küveyt sərhədindəki keçid məntəqəsi bağlayıb

Dron hücumundan sonra İraq-Küveyt sərhədindəki keçid məntəqəsi bağlayıb

23 İyul 2026 - 17:16
Tramp husilərin gəmilərə hücumuna görə İranı hərbi cəza ilə hədələyib

Tramp husilərin gəmilərə hücumuna görə İranı hərbi cəza ilə hədələyib

23 İyul 2026 - 17:08
Tramp Ər-Riyadla mülki nüvə sazişində uranın zənginləşdirilməyəcəyini bildirdi

Tramp Ər-Riyadla mülki nüvə sazişində uranın zənginləşdirilməyəcəyini bildirdi

23 İyul 2026 - 16:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.