"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Ünvanlı sosial yardım ləğv olunur, əvəzində…

14 İyul 2016 - 08:40
in aktual-banner, Banner
FacebookVatsap

 

Bunu da oxuyun

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

 

Vahid Əhmədov: “Bu proses ələbaxımlılığın aradan götürülməsi üçün nəzərdə tutulub”

Bir vaxtlar aztəminatlı insanların güzəranının yaxşılaşması üçün nəzərdə tutulmuş ünvanlı sosial yardımın erası artıq başa çatmaqdadır. 10 il fəaliyyət göstərən bu layihənin ləğv olunacağı bildirilir. Ölkədə ünvanlı sosial yardımın verilməsinə 2006-cı ildən start verilib. Bu yardımın verilməsində əsas məqsəd az təminatlı ailələrin maddi şəraitinin yaxşılaşdırılmasıdır. Ünvanlı sosial yardımın təyin olunması üçün hər il ehtiyac meyarı haqqında qanun qəbul edilir. Hazırda ehtiyac meyarı 105 AZN məbləğində müəyyən olunub. Bu o deməkdir ki, ailə üzvlərinin hər birinin ehtiyac meyarının cəmindən az gəliri olduqda aradakı fərq qədər ünvanlı sosial yardım təyin olunur və bir il müddətinə nəzərdə tutulur.

Bu günlərdə ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısının nəticələrinə və qarşıya qoyulmuş vəzifələrə dair iclasında insanlara ünvanlı sosial yardımın verilməsi ilə bağlı məsələyə toxunub.

Ölkə başçısı bildirib ki, artıq ünvanlı sosial yardımdan imtina etməyin vaxtıdır: “Biz ünvanlı sosial yardımla bağlı layihəni aztəminatlı insanların şəraitinin yaxşılaşması üçün nəzərdə tutmuşuq. Hazırda 200 min ailə ünvanlı sosial yardım alır. Amma ünvanlı sosial yardım insanlarda asılılıq yaradır və bu gələcəkdə daha da təhlükəli ola bilər. Bunun üçün biz o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır. Ələbaxımlıq da gələcəkdə çox böyük problem ola bilər Prezident hımçinin onu da qeyd edib ki, gələcəkdə dövlət aztəminatlı ailələrin dəstəktəklənməsi üçün ünvanlı yardımın formalarına dəyişiklik edə bilər. Bu səbəbdən aztəminatlı ailələrə öz biznesini yaratmaq üçün dəstək veriləcək. Bununla da ünvanlı sosial yardımdan asılılıq aradan qaldırılacaq.

Yeni layihə ünvanlı sosial yardımla əvəzlənəcək…

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsisinin sədr müaviniVahid Əhmədov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bu məsələdə söhbət ünvanlı sosial yardımın ləğvindən getmir: “Məşğulluq məsələsi həll olunmayan insanlara ünvanlı sosial yardım yenə də veriləcək. Amma indi pilot layihələr həyata keçirilir. Artıq iki rayonda bu layihələrə start verilib və 11 rayonda da həyata keçməlidir. Gələcəkdə də bu layihə əgər uğurlu olsa, davam etdiriləcək. Burada məsələ ondan ibarətdir ki, prezident özünün ehtiyat fondundan 6 milyon manat vəsait ayırıb ki, bu pilot layihə vasitəsilə insanlara iş yerləri təşkil olunur. Təmin edilən iş yerləri ilə insanlara bildirilir ki, bu sahədə işləyib özünü dolandırmalısan. Hərənin maraq göstərdiyi sahə üzrə işlərə cəlb olunması nəzərdə tutulur. Çoxdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu layihəsi var və həyata keçirilir. Bu proses ələbaxımlılığın aradan götürülməsi üçün nəzərdə tutulub. Mən bu layihəni çox müsbət hesab edirəm. Bir var ki, ələbaxımlılıq olsun, camaat işləmək istəməsin və rahat olsun ki, dövlətdən yardım alacaq. Bir də var ki, insana ömürlük iş yeri və onunla məşğul olması üçün şərait yaradır. Bu çox mütərəqqi addımdır və Azərbaycan üçün müsbət nəticəsini verəcək”. İqtisadçının sözlərinə görə, ünvanlı sosial yardım yeni start veriləcək pilot layihə ilə əvəzlənəcək: “Birdən birə pilot layihəyə keçid olmayacaq, yəni buna zaman-zaman gediləcək. 3-5 il ərzində buna gedəcək olan insanlara həmin layihə üzrə şərait yaradılacaq. Əgər bu layihəyə gedənlər arasında artım olsa və uğurlu davam etsə həmin insan ünvanlı sosial yardımdan çıxarılacaq”.

Qeyd edək ki, bir vaxtlar ünvanlı sosial yardım insanların öz biznesini qurmaq üçün fəaliyyəti mexanizmi kimi nəzərdə tutulmuşdu. Nazirlər Kabinetində də bu məsələyə baxılanda qeyd olunmuşdu ki, sosial yardım alan şəxs həmin pulla biznes qurmalı və daimi olaraq bununla öz ailəsini təmin etməlidir. 150 manat biznesin karına gəlmədi…

Maraqlıdır, ümumiyyətlə bu illər ərzində ünvanlı sosial yardımdan faydalananlar arasında hər hansı bir insan öz biznes fəaliyyətini qura bildimi?

Millət vəkili bu məsələyə də toxunub. O qeyd edib ki, ünvanlı sosial yardım insanların biznesinin qurulması üçün nəzərdə tutulmayıb: “Bu layihə ona görə nəzərdə tutulmuşdu ki, iş yerlərinin sayı azalmışdı insanların sosial vəziyyətinin yaxşılaşması üçün onlar yardım ala bilsin. O elə böyük məbləğ deyil ki, onunla biznes imkanı qurmaq mümkün olsun. O çox çətindir. Yəni 150, 180 manatla hər hansı biznes qurmaq çox çətindir. Bu əsas ailənin dolanması üçün verilən yardımdır. Bu dövlət başçısı tərəfindən atılan bir addım idi və biz də qanuni şəkildə bunu təsdiq etdik. Pilot layihələrin necə icra olunmasına baxacağıq. Mənə elə gəlir ki, bu çox müsbət addımdır. Ailə əgər iş qura bilirsə, heç nəyə ehtiyacı olmayacaqsa, ələbaxımlı olmayacaq. İşləyəcək, qazanacaq və ailəsini də təmin edəcək. Bu layihə artıq Göyçayda və daha iki rayonda həyata keçirilib”.

Previous Post

Ünvanlı sosial yardım ləğv olunur, əvəzində…

Next Post

Bu toya heç kim gəlmədi

Bənzər yazılar

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

25 Fevral 2026 - 23:25

ABŞ hakimiyyəti Çinin hərbi fəaliyyətini izləmə sistemini gücləndirmək məqsədilə daha 12,6 milyard dollar xərcləyə bilər. Elchi.az xəbər verir ki, bu...

Next Post

Bu toya heç kim gəlmədi

Bu toya heç kim gəlmədi

Son xəbərlər

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

22 Avqust 2026 - 15:57
“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

22 Avqust 2026 - 15:01
İşlədikləri şirkəti soyanlar saxlanıldı

İşlədikləri şirkəti soyanlar saxlanıldı

22 Avqust 2026 - 14:38
Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

22 Avqust 2026 - 14:13
Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

22 Avqust 2026 - 13:21
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

22 Avqust 2026 - 13:00
ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

22 Avqust 2026 - 12:42
Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

22 Avqust 2026 - 12:17
Kiyevdə dəmir yolu vuruldu: ölən var

Kiyevdə dəmir yolu vuruldu: ölən var

22 Avqust 2026 - 11:52
Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

22 Avqust 2026 - 11:35
Əməkdar jurnalist Nurani vəfat etdi

Əməkdar jurnalist Nurani vəfat etdi

22 Avqust 2026 - 11:18
FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

22 Avqust 2026 - 11:09
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

22 Avqust 2026 - 10:50
ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

22 Avqust 2026 - 10:34
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

22 Avqust 2026 - 10:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.