Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) xəstəliklə mübarizə üçün difteriya epidemiyasının artdığı Nigeriyaya 9,3 milyon doza vaksin göndərib.
Elchi.az xəbər verir ki, UNICEF-in Nigeriya Kommunikasiya Sorumlusu Nchekwube Nwosu-Igbo, etdiyi şərhdə, UNICEF-in ölkədə xəstəliyin yaygın olduğu əyalətlərə 9,3 milyon doza difteriya peyvəndi göndərdiyini ifadə etdi.
Nwosu-Igbo, 4 milyon doza difteriya peyvəndinin epidemiyanın episentri olan Kano əyalətinə göndərildiyini və peyvəndlərin Nigeriya hökumətinin epidemiya ilə mübarizəsinə dəstək olacağını bildirdi.
Nwosu-Igbo, UNICEF tərəfindən satın alınan 4 milyon doza peyvəndi önümüzdəki həftələrdə hökumətə verəcəyini ifadə edərək, Nigeriyadakı hər bir uşağın peyvənd oluna bilməsi üçün dəstək çağırışı etdi.
Nigeriyada 2022-ci ilin dekabrından bəri 7202 difteriya hadisəsi aşkar edilib və indiyədək 453 nəfər ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nigeriyada difteriya hallarının artması səbəbindən epidemiyaların ikinci dalğasının olduğunu təsdiqləyib.
Burun qızdırması olaraq da bilinən difteriya “corynebacterium diphtheriae” adlı mikroorqanizm boğaz, burun, göz və dəridə yerləşdiyi zaman meydana gəlir. Yoluxucu xəstəlik ölümlə nəticələnə bilər.
Şayəstə Hüseynova