Ukraynaya yeni silahların verilməsi… – Zaxarova

37

Ukraynaya yeni silahların tədarükü ilə bağlı bəyanatlar münaqişənin miqyasını artırır.

Elchi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova deyib.

“Biz bütün bunları Qərbin açıq təxribatçı təhrikləri və münaqişədə payların artırılması kimi qiymətləndiririk. Bu da istər-istəməz itkilərin artmasına və təhlükəli eskalasiyaya gətirib çıxaracaq”, – Zaxarova vurğulayıb.