Bütövlükdə Avropada Ukraynanın dəstəklənməsi və Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı konsensus yoxdur. Elchi.az xəbər verir ki, bunu Lente.ru-ya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsi sədrinin birinci müavini Aleksey Çepa Almaniya kansleri Olaf Şolzun Almaniyada bu məsələlərdə birliyin olmaması ilə bağlı sözlərini dəyərləndirərkən deyib.
“Zaman keçdikcə Ukraynaya yardımın dayandırılmasına meyllənirlər və sanksiyalar daxili iqtisadiyyata çox ağrılı zərbə vurur. Son ukraynalıya qədər mübarizə aparmaq çağırışları bu ölkələrdə müsbət heç nəyə gətirib çıxarmayacaq”, – deyə deputat bildirib.
Bundan əvvəl Şolz bildirib ki, Almaniyada Ukraynaya yardım məsələlərində və Rusiyaya qarşı sanksiya siyasətində birlik yoxdur. Kanslerin sözlərinə görə, Almaniyada Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin və Ukraynaya silah tədarükünün artırılmasının ən qızğın tərəfdarları belə belə qərarların kollektiv şəkildə qəbul edilməli olduğunu etiraf etməyə məcburdurlar.
Havar Şəfiyeva