Ukraynanın Krıma hücum qərarı ölkəni fəlakətli nəticələrə gətirib çıxara bilər.
Elchi.az xəbər verir ki, bu barədə “Hill” nəşri məlumat yayıb.
“Ukraynanın Krıma genişmiqyaslı quru hücumu çox risklidir. Çünki onların kifayət qədər helikopterləri və digər desant gəmiləri yoxdur. Ona görə də belə əməliyyatların aparılması fəlakətli uğursuzluqlara səbəb ola bilər”, – nəşr bildirir.
Nəşr həmçinin qeyd edib ki, artıq Kiyev Krım körpüsündə partlayış törədib, Sevastopolda pilotsuz təyyarələrlə gəmilərə hücum edib və Krımdakı obyektlərə də hücuma cəhd edib. Lakin Ukrayna hakimiyyətinin Krımı ələ keçirmək cəhdi daha ciddi nəticələrə gətirib çıxara və Zelenski üçün uğursuzluqla nəticələnə bilər.
Krım materiklə güclü müdafiə olunan torpaq zolağı ilə bağlıdır. Ona görə də Rusiya ordusu quru kampaniyasına mane ola və mühəndis işlərini asanlıqla həyata keçirə bilər.
Kosmik müharibə təhlükəsi: Rusiyanın ABŞ-a sərt reaksiyası
ABŞ-ın orbitdə silah sistemlərinə malik olması barədə rəsmi bəyanatı Moskvada sərt reaksiyaya səbəb olub. Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonu kosmosda...





















Son şərhlər