Ukraynanın F-16 qırıcıları “hava-hava” tipli raketlərin kəskin çatışmazlığı ilə üzləşib.
Elchi.az xəbər verir ki, bu barədə “TWZ”-nin məqaləsində yazılıb.
Məqalədə qeyd olunur ki, çatışmazlıq o qədər ciddidir ki, Ukrayna Hərbi Hava Qüvvələri raket tədarüklərini narahatlıqla izləyir və onların Rusiyanın növbəti hava zərbəsinə qədər vaxtında çatdırılıb-çatdırılmayacağını gözləyir.
Qeyd olunur ki, Ukraynanın F-16 qırıcıları əsasən AIM-9 Sidewinder və AIM-120 AMRAAM tipli raketlərlə təchiz edilib. Nəşrin məlumatına görə, bu raketlər olmadıqda, qırıcılar hədəfləri ələ keçirmək üçün standart M61A1 Vulcan — 20 mm-lik altı lüləli fırlanan topdan istifadə etməyə çalışırlar.
“Bu taktika kiçik və xüsusilə yavaş hərəkət edən hədəflərə qarşı mübarizə apararkən olduqca təhlükəlidir, gecə vaxtı isə daha da böyük risk yaradır”, — deyə nəşr vurğulayır.
Yeganə





















