Ukraynanın daxili işlər naziri: “Rusiyanın humanitar yardımı buraxılmayacaq”

🗓 13.08.2014 14:47 ✍️ "Elçi" qəzeti
Ukrayna Rusiyanın humanitar yardım karvanını Xarkov vilayətinə buraxmağa hazırlaşmır.img1614600
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov özünün “Facebook” səhifəsində yazıb.
“Xarkov vilayətinə “humanitar yardım karvanı” buraxılmayacaq. Xəbis təcavüzkarın təxribatına ərazilərimizdə imkan verməyəcəyik”, - deyə nazir qeyd edib.
 

Bənzər yazılar