Kiyevin şimalındakı Çerniqov vilayətində Rusiyanın Ukrayna paytaxtına doğru hücumu zamanı təxminən 3500 binanın dağıdıldığı və ya zədələndiyi təxmin edilir.
Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.
Bildirilib ki, ziyanın 80%-i yaşayış binalarına dəyib. Qeyd olunub ki, bu dağıntıların miqyası Rusiyanın ayrı-seçkilik və ya mütənasibliyi minimum nəzərə alaraq yaşayış məntəqələrinə qarşı artilleriyadan istifadə etməyə hazır olduğunu göstərir.
“Rusiya çox güman ki, hədəf müəyyənləşdirilməsi ilə bağlı məhdud imkanlarına və müntəzəm olaraq öz cəbhə xəttindən irəlidə uçan döyüş təyyarələrini risk altında qoymaq istəmədiyinə görə ayrı-seçkilik etmədən artilleriya bombardmanından artan şəkildə istifadə edib”, – deyə məlumatda qeyd olunub.
Vurğulanıb ki, Rusiya Donbasda irəliləyiş sürətini bərpa etməyə çalışdığı üçün çox güman qarşıdakı həftələrdə kütləvi artilleriya zərbələrinə arxalanmağa davam edəcək.
NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib
NATO ölkələri Latviyada "Baltik Zenit 2026" hava hücumundan müdafiə təlimi keçirib. Elchi.az xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyi...





















Son şərhlər