Ukraynada vurulan təyyarədə ölənlərin 127-in şəxsiyyəti müəyyənləşdirilib

🗓 15.08.2014 01:09 ✍️ "Elçi" qəzeti
Niderlandın Hilversum şəhəri yaxınlığında yerləşən hərbi bazada Ukraynada vurulan təyyarədəpolteyyareqeza ölənlərin 127-in şəxsiyyəti müəyyənləşdirilib.
 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu prosesə 200-dən çox beynəlxalq mütəxəssis cəlb olunub.

 Ölənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üzrə işlərin bir neçə ay davam edəcəyi bildirilir.

 Xatırladaq ki, iyulun 17-də  "Malaysia Airlines” şirkətinin Amsterdam- Kuala-Lumpur marşrutu ilə uçan "Boeing 777" təyyarəsi Ukraynanın Donetsk vilayəti üzərində vurulub. Hadisə zamanı 15 nəfəri ekipaj üzvü olmaqla, 298 nəfər dünyasını dəyişib. Təyyarənin rusiyameyilli separatçılar tərəfindən Donetsk vilayətindən vurulduğu ehtimal edilir.

Bənzər yazılar