Ukraynada hərbi vəziyyət və ümumi hərbi səfərbərliyin müddəti 90 gün uzadılıb.
Elchi.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib.
Ukrayna prezidenti Volodimir Zelenski parlamentə hərbi vəziyyət və ümumi hərbi səfərbərlik müddətinin üç ay uzadılması ilə bağlı qanun layihələri təqdim edib.
“Parlament “Hərbi vəziyyətin uzadılması ilə bağlı Prezidentin sərəncamları haqqında” 8419 saylı qanunu təsdiqləyib. Qanunun lehinə 348 nəfər səs verib. Əməliyyat fevralın 19-dan 90 günə qədər uzadılacaq. Parlament ümumi hərbi xidmətə çağırış müddətinin uzadılması ilə bağlı 8420 saylı Prezidentin fərmanları haqqında qanunu da təsdiq edib”,- deyə Jeleznyak Teleqram kanalında yazıb.
Yegan’