Ukrayna prezidenti Vladimir Zelenski yaxın günlərdə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı vəzifəsindən azad etməyi planlaşdırır. Elchi.az xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bazar ertəsi Ukrayna Silahlı Qüvvələrinin baş komandanı istefası barədə ona məlumat vermək üçün prezidentin ofisinə çağırılıb. CNN-in məlumatına görə, Zalujnı rəsmi olaraq hələ də vəzifəsini icra etməsinə baxmayaraq, onu həftənin sonuna qədər işdən çıxarmağı planlaşdırırlar.
Havar Şəfiyeva