Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında Rusiya Silahlı Qüvvələrinə məxsus Su-35S qırıcı vurulub.
Elchi.az xəbər verir ki, bu barədə “Ukraina seyças” məlumat yayıb.
Bildirilib ki, Rusiyanın döyüş təyyarəsi Norveçin “Nasams” hava hücumundan müdafiə kompleksi ilə vurulub.
Məlumata görə, katapult edən pilot da ölüb.
Qeyd edək ki, Su-35S Rusiyanın yeni nəsil qırıcılarından sayılır.
Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı
Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...