Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1589 tankı, 3754 zirehli döyüş maşını, 804 artilleriya sistemi, 246 reaktiv yaylım atəşi sistemi, 105 havadan müdafiə sistemi, 217 hərbi təyyarəsi, 187 helikopteri, 2629 avtomobil texnikası və yanacaq çəni, 15 gəmi/kateri, 658 dronu, 65 xüsusi avadanlığı, 144 qanadlı raketi məhv edilib.
Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 36 200-ə qədər canlı qüvvə itirdiyini bəyan edib.
BƏƏ Qəzza zolağına 400 ton humanitar yardım çatdırıb
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qəzza zolağına 400 ton ərzaq çatdırıb. Elchi.az xəbər verir ki, bu barədə WAM xəbər agentliyi məlumat...