Ukrayna Rusiya qüvvələrinin gecə saatlarında paytaxt Kiyevi hədəf aldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Paytaxtda siren səslərinin eşidildiyi, Rusiyanın hücumları səbəbindən çoxlu partlayışların olduğu barədə məlumat paylaşılıb.
Ukrayna hakimiyyəti əhaliyə pəncərələrdən uzaq durmaq barədə xəbərdarlıq edib.
Kiyev meri Vitali Kliçço bildirib ki, bəzi raket parçaları şəhərin mərkəzi ərazilərinə, o cümlədən zooparka düşüb.
Hücumlar nəticəsində xəsarət alanların olduğu bildirilib.
Nuranə Məmmədova