Elchi.az TASS xəbər agentliyinə istinadən xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro ölkənin Amerika Dövlətləri Təşkilatına qayıtmaq fikrində olmadığını bildirib və onu ləğv etməyə çağırıb.
Dövlət başçısı vurğulayıb ki, bu səbəbdən Karakas qurumu tərk etmək qərarına gəlib və ora qayıtmağı planlaşdırmır. Onun fikrincə, Amerika Dövlətləri Təşkilatını “qorxulu sinizm və müdaxilələr muzeyinə” çevirmək lazımdır. Maduro hesab edir ki, hazırda bu assosiasiyaya ehtiyac yoxdur və buna görə də onu ləğv etmək lazımdır.
Bundan əvvəl Maduro Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışını dəstəkləyib və bunu “yeni insanlığa çağırış” adlandırıb.
Nuranə Məmmədova