Ukrayna dövləti siyasi müstəqilliyini tamamilə itirib.
Elchi.az xəbər verir ki, Ukrayna siyasi müstəqilliyini tamamilə itirərək Qərbin Rusiyaya qarşı “kor silahına” çevrilib. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Moskvada “Millətlərin Azadlığı Naminə” forumunda çıxışı zamanı o qeyd edib ki, bu gün Ukrayna kollektiv Qərbin əlində Rusiyaya qarşı “kor silah” rolunu oynayır. Ukrayna dövləti siyasi müstəqilliyini tamamilə itirib, ona görə də Rusiya SVO aparır.
“Ukrayna indi çox təəssüf ki, siyasi müstəqilliyini tamamilə itirib. Ona görə də biz milli maraqlarımızı qorumaq üçün xüsusi hərbi əməliyyat keçiririk”, – Medvedev vurğulayıb.
Bundan əvvəl Medvedev Ukraynanın ərazisini Lvov vilayətinin sərhədlərinə qədər azaldacağını proqnozlaşdırmışdı. Təhlükəsizlik Şurasının sədr müavini əmindir ki, İspaniyadan Avropanın cənubuna keçən dəmir yolu layihəsi buna sübutdur. Onun fikrincə, bu, “Lvov-Lenberqin Lvov vilayətinin sərhədləri daxilində Ukraynanın yeni paytaxtı olacağının ilk etirafıdır”.
Şayəstə Hüseynova