"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Ukrayna Qərbin ikiüzlü siyasətin ifşa etdi

02 Avqust 2023 - 14:32
in MÖVQE
FacebookVatsap

Yox, bu başlıq bizlərə məxsus deyil. Belə bir başlıqla Böyük Britaniyanın nüfuzlu nəşrlərindən olan “The Guardian” (Ukraine has exposed the west’s hypocrisy. Thu 17 Mar 2022) çıxış edib.

Bunu da oxuyun

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Bilirəm, Azərbaycanda Qərblə bağlı hər hansı bir tənqidi fikri süngü ilə qarşılanyanlar var. Hətta onlar məni ittiham edirlər ki, İsveçrədə yaşayıb Qərbi tənqid etmək nankorluqdur. Fanatizmə meylli olan bu kəsim heç cür başa düşə bilmir ki, Qərb özü özünü tənqid edir. Və bu, Qərbdə normal qarşılanır. Elə bu yazımda da Qərb mənbələrinə istinadən Qərbin yeritdiyi ikiüzlü siyasətdən söhbət açacam. Əslində Qərbin yeritdiyi siyasətdə ikiüzlü demək çox yumşaq ifadədir. Ancaq mən rəngləri tündləşdirməyin tərəfdarı deyiləm.
Dəfələrlə Azərbaycan və Türkiyə prezidentləri də Qərbi ikiüzlülükdə suçlayıb. Ancaq biz daha çox “Qərb Qərbin ikiüzlü siyasəti haqqında nə yazır?” sualına cavab verməyə çalışacağıq.

Böyük Britaniyanın “express.co.uk” saytı “Ukraine commandos train in UK for Crimea invasion” (Ukrayna komandosları Krımı işğal etmək üçün Böyük Britaniyada təlim keçir) adlı məqalə ilə çıxış edib. Məqalədə deyilir ki, Ukrayna komandosları əməliyyat zamanı rus qoşunlarını sıradan çıxarmaq və iflic etmək üçün havadan, qurudan və dənizdən yeni texnologiyadan istifadə edərək zərbələr endirəcəklər.

Saytın məlumatına görə, 2 mindən çox ukraynalı əsgərə Dartmurunda mütəxəssislər tərəfindən təlim keçirilir. Ukrayna kəşfiyyatının rəhbəri Kirilo Budanov həmin qüvvələrin “tezliklə” Krıma girəcəyini təsdiqləyib.

O da sirr deyil ki, ABŞ başda olmaqla Qərb Rusiyaya qarşı müdafiə olunmaq üçün Ukraynaya ən müasir silahlar verir, bu ölkəyə maddi və mənəvi dəstəyini əsirgəmir. Faktiki olaraq Ukrayna üzərindən Qərb Rusiyaya qarşı “proxy war” aparır.

Bəs bu müharibənin səbəbi nədir? Azərbaycan üçün ən önəmlisi bu sualın cavabıdır. Yuxarıda bəhs etdiyimiz Krım yarımadası 2014-cü ildə Rusiya Federasiyası tərəfindən anneksiya edilib. 2022-ci ilin fevralında isə Rusiya 2014-cü ildə elan olunmuş qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını Krım yarımadası kimi anneksiya etmək üçün hərbi müdaxiləyə əl atdı. Elə o vaxtdan da Rusiya-Ukrayna müharibəsi davam edir.

Yəni ABŞ başda olmaqla Qərb Rusiyanın Ukraynada dəstək verdiyi separatizmə qarşı müharibə aparır. Bütün parametrlər baxımından da Ukraynaya dəstək verir.
Haqlı olaraq ortaya belə bir sual çıxır: Necə olur ki, Qərb bütün vasitələrlə Ukraynada Rusiyanın dəstək verdiyi separatizmə qarşı döyüşür. Ancaq Azərbaycanda Rusiyanın dəstək verdiyi separatizmi müdafiə edir. Niyə? Niyə Qərb separatçı Qarabağ ermənilərinin himayəsindədir? Ancaq Ukraynada rus separatçılara qarşı bu qədər qəzəblidir.

Özü də Qərb təkcə Ukraynada Rusiyanın dəstək verdiyi separatizmə qarşı çıxmır. Məsələn, 2008-ci ildə Gürcüstandan ayrılaraq suveren olduğunu bəyan edən Cənubi Osetiyada da separatizmə məhz Rusiya dəstək verib. Rusiya Federasiyası, Nikaraqua, Venesuela, Nauru və Suriya Cənubi Osetiyanın müstəqil dövlət kimi tanıyıb. Dağlıq Qarabağı isə heç kəs, hətta Ermənistan belə tanımayıb. Abxaziya Respublikası da 1992-ci ildə Gürcüstandan ayrıldığını bəyan edib.

1991-ci ildən Dnestryanı Moldav Respublikası meydana çıxıb. O işdə də Rusiyanın əli var. Qərb Moldovanın da ərazi bütövlüyünü tanıyır və Moldovada separatizmi rədd edir.
Ancaq söhbət Qarabağ ermənilərindən gedəndə Qərb tanınmaz dərəcədə dəyişir.
Yuxarıda qeyd etdiyimiz kimi, Böyük Britaniya Krımı geri almaq üçün ukraynalı komandoslara xüsusi hərbi təlimlər keçir. Kerç boğazından keçən Krım körpüsü avtomobil və dəmiryol xəttindən ibarətdir. 19 km. olan Avropanın ən böyük körpüsü kimi Krım körpüsü Rusiyanı yarımada ilə birləşdirən yeganə quru xətdir. Təxminən keçmiş Laçın dəhlizi kimi. Diqqət edin, Qərb iki ayağın bir başmağa dirəyib ki, Laçın yolunu dəhliz statusunda açın. Ancaq rusların çoxluqda olduğu yarımadanı Rusiya ilə birləşdirən Krım körpüsünün partladılmasını toy-bayram edir. Bu körpünün sıradan çıxması üçün bütün mümkün vasitələrə əl atır.

Və ya Qərb ölkələrində olan bəzi siyasi qüvvələr, xüsusən Fransada, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququndan dəm vururlar. Ancaq Ukrayna, Gürcüstan və Moldovada tamam əks mövqedən çıxış edirlər.

Elə bugünlərdə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel Laçın yolunun dəhliz statusunda açılması tələbi ilə çıxış etdi. Əslən katalon olan bu siyasətçi maraqlıdır ki, katolanların İspaniya və Fransadan ayrılmasına və müstəqil dövlət qurmasına etiraz edir. Bunun onunla əsaslandırır ki, belə bir nümunə Avropada domino effekti doğura bilər. Çünki Avropada 260-dan çox separatçı hərəkat var. Deməli, özləri həm Avropada, həm də Rusiyaya bağlı separatçı hərəkatlara qarşı çıxırlar. Ancaq bu yanaşma Rusiyanın dəstək verdiyi Qarabağ ermənilərinə nədənsə şamil olunmur? Niyə? Biz bunu xristian fundamentalizminin bariz nümunəsi kimi qəbul edə bilərikmi? Ən azı biz bu barədə düşünmək zorundayıq…

Özü də Qərbin ikiüzlü siyasəti təkcə Qarabağ məsələsində qabarıq şəkildə ortaya çıxmır. Məsələn, elə “The Guardian” da gedən “Ukraine has exposed the west’s hypocrisy” adlı məqalədə deyilir: “Bəli, Ukraynada baş verənlər dəhşətlidir, amma bunu xeyirlə şərin davası kimi göstərmək ikiüzlülükdür. Çoxları ABŞ-ın İraqdakı hava hücumundan müdafiə üçün tikilmiş sığınacağı “təsadüfən” bombaladığını xatırlayır. Putin eyni şeyi Ukraynada edəndə bu, qəsdən törədilmiş hərbi cinayət sayılır”.

Başqa bir fakt. Kishore Mahbubani “The Hypocrisy of the West” (Qərbin ikiüzlülüyü) adlı kitabında yazır ki, Konqres ABŞ Dövlət Departamentinə dünyanın bütün dövlətlərində (ABŞ istisna olmaqla) insan haqları sahəsində fəaliyyətinə dair illik hesabatlar dərc etməyi tapşıran qanun qəbul edib. ABŞ Dövlət Departamenti digər ölkələrdə tətbiq edilən işgəncə hallarını çox səylə qeydə alır. Dövlət Departamenti Şri-Lanka və Tunislə bağlı hesabatlarında yazıb ki, bu ölkələrdə istintaq zamanı adamın başını soxub onu boğulana qədər suda saxlayırlar. ABŞ bunu işgəncə kimi pisləyir.

Ancaq 2001-ci ildə 11 sentyabr hadisəsindən sonra ABŞ ona hücum edən radikal islamçı terrorçulara qarşı qlobal kampaniyaya başladı. ABŞ bəzi terror şübhəlilərini ələ keçirdikdən sonra onları Quantanamo həbs düşərgəsinə aparıb və onlara dəhşətli işgəncələr verib. Bu barədə çoxsaylı faktlar var. Bu faktlar-seksual zorakılıqdan tutmuş Quranın yandırılmasına qədər-Qərb mətbuatında çap olunub.

Sözügdən kitabda deyilir ki, ABŞ bu biabırçılıqdan sonra məntiqi olaraq digər ölkələrlə bağlı illik hesabata son qoymalı idi. Özü xirtdəyə kimi zibilin içində olan ölkə başqa ölkələri necə ittiham edə bilərdi? Əlbəttə, bu, ən azı ikiüzlülük olardı. ABŞ-ı dünyanın “mənəvi və ya əxlaq sənayesi” (“moral industry”) adlandıran müəllif yazır ki, ancaq belə olmadı. “The New York Times” və “The Washington Post” kimi qəzetlər bu kimi illik hesabatları gündəmə daşıdı.

Kitabın bu hissəsi xüsusi ilə maraqlıdır: “ABŞ-dan kənarda dünyanın ikinci ən böyük “mənəvi sənayesi” Avropadır. Əksər Avropa hökumətləri Rusiya və İran kimi ölkələri tətbiq etdikləri “işgəncə”dən dolayı qınayırlar. “İşgəncə vermə” ifadəsindən irəli gələn mənəvi mülahizə məntiqinə görə, Avropa hökumətləri ABŞ-ı işgəncə tətbiq etdiyinə görə dərhal qınamalı idi. Təəccüblüdür ki, bu günə qədər heç bir Avropa hökuməti ABŞ-a qarşı bunu etməyib”.

Qərb öz dəyərlərinə sözdə və əməldə sadiq olduğunu göstərməlidir. Türkiyədə PKK-kürd, Azərbaycanda erməni separatizminə dəstək verən Qərb nədən Avropada, Şimali Amerikada, xüsusən Kanadada (Kvebek Kanadanın ən böyük əyalətidir. Kanadada yalnız fransız dilinin rəsmi dil olduğu yeganə əyalətdir) separatizmə qarşı çıxır. Yeri gəlmişkən, ABŞ-da da 6 separatçı hərəkat var. Ancaq Qərbdəki separatçı hərəkatlardan Qərb mediası belə xəsisliklə söhbət açar…

Elbəyi Həsənli, Sürix

Previous Post

Ukrayna Qərbin ikiüzlü siyasətin ifşa etdi

Next Post

Rusiyadan Paşinyana: Həqiqətin gözünə bax!

Bənzər yazılar

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

02 Oktyabr 2026 - 10:52

Cənubi Koreya Prezidenti Li Çe-myun (Lee Jae-myung) Ukraynanı iki Şimali Koreyalı hərbi əsirin Cənubi Koreyaya təhvil verilməsi faktını açıqladığına görə...

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

01 Oktyabr 2026 - 11:23

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi kampaniyadan imtina etmək niyyətində olduğunu göstərən heç bir əlamət nümayiş etdirmir. Döyüş meydanındakı ağır...

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

30 Sentyabr 2026 - 10:17

Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani İsrailin Baş naziri Binyamin Netanyahunun "müharibə cinayətkarı" olduğunu...

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

29 Sentyabr 2026 - 10:46

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən tədbir zamanı İranla gərginlik barədə açıqlama verib. Jurnalistlərin ABŞ rəsmilərinin İranla münaqişəyə son...

Next Post
Rusiyadan Paşinyana: Həqiqətin gözünə bax!

Rusiyadan Paşinyana: Həqiqətin gözünə bax!

Rusiyadan Paşinyana: Həqiqətin gözünə bax!

Rusiyadan Paşinyana: Həqiqətin gözünə bax!

Son xəbərlər

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.