Ukrayna ordusundan separatçılara ağır zərbə

🗓 17.08.2014 01:03 ✍️ "Elçi" qəzeti

Ukraynanın Luqansk vilayətinin Antraçit şəhəri yaxınlığında ordu qüvvələri separatçıların canlı1406183944 qüvvəsini məhv edib. 

Axar.az xəbər verir ki, bu barədə jurnalist Roman Boçkala özünün Feysbuk səhifəsində məlumat verib.

 Jurnalistin məlumatına görə, məhv edilən separatçılar yerli əhalini soymaqla məşğul imiş.

 Boçkala bildirib ki, öldürülən separatçıların əksəriyyətinin əynindəki geyimdə Don kazaklarının nişanı olub.

 “Mühasirədən çıxan 30-cu briqadanın batalyonu Antraçid yaxınlığında separatçıları məhv etməyi bacarıb. Məhv edilən hərbi texnikadan başqa onlara məxsus “Jiquli” markalı avtomobil də ələ keçirilib”, - jurnalist bildirib.

 

Bənzər yazılar