Ukrayna ordusundan ruslara ağır zərbə

🗓 30.08.2014 14:37 ✍️ "Elçi" qəzeti

Ukrayna anti-terror qüvvələri iki tank, “Urağan” və altı “Qrad” qurğusunu məhv 1409389917ediblər. Bundan başqa çoxlu sayda separatçı və onlara məxsus zirehli texnika sıradan çıxarılıb.

Axar.az xəbər verir ki, Anti-terror Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri ölkə ərazisini işğalçılardan təmizləmək üçün ağır döyüşlər aparır. Ötən sutka ərzində xeyli sayda düşmən məhv edilib:

“Düşmənin Luqansk-Alçevsk istiqamətində hərəkət edən 30 avtomobildən ibarət karvanına zərbə endirilib Bundan başqa Zuqres-Xarçizsk istiqamətindəki hərbi karvan da atəşə tutulub. Nəticədə işğalçıların iki tankı, bir “Urağan”, altı “Qrad” qurğuları və otuz beş canlı qüvvəsi məhv edilib”.

- See more at: http://axar.az/news/28094#sthash.lEHUjozU.dpuf

Bənzər yazılar