Qeyri-rəsmi mənbələrdən alınan məlumatlara əsasən, Ukrayna ordusu bir neçə ərazidə Dnepri uğurla keçib və Xerson vilayətində çayın sol sahilində bir sıra pladstarmı ələ keçirə bilib.
Elchi.az xəbər verir ki, bunu Ukrayna Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.
“Əslində bu, hücumun növbəti addımdır. Bu problemlərin həllində Xerson istiqaməti bizim üçün perspektivli idi və məhz bizim üçün çox vacib olduğuna görə Rusiya Kaxovka bəndini partlatdı. Buna görə də bir müddət cəbhənin bu sektorunda hücum mümkün deyildi. İndi şərtlər dəyişib. Yayın son ayında torpaq quruyub. Və bu təbii amillər hücum xarakterli məsələlərin həllinə kömək edir. Strateji olmasa da, operativ baxımdan bu istiqamət maraqlıdır”, – general bildirib.
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrin tezliklə qurulacağını bildirib
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Türkiyənin yaxın gələcəkdə diplomatik münasibətlər quracağına əmin olduğunu bildirib. Elchi.az xəbər verir ki,...





















Son şərhlər