Ukrayna hərbçiləri mühasirəni yara bildilər
Ukraynaın 30-cu briqadası Luqansk şəhərində düşdükləri mühasirədən böyük itkilər verdikdən sonra çıxa
bilib.

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, briqada mühasirədən çıxan zaman onlar raketlərdən və kaset bombalardan atəşə tutulublar.
Ərazidə müşahidə aparan jurnalist Roman Boçkalanın sözlərinə görə, Luqanskda olan rus tankları sanki öz evlərində olduğu kimi hərəkət edir. Tankları havadan rusların “Mİ24” helikopterləri müşahidə edib. Mühasirədən çıxan ukraynalı əsgərlərin bütün texnika və sursatları ruslar tərəfindən müsadirə edilib.