Nəqliyyat şirkəti bu qərarı fevralın 21-də açıqlayıb.
Elchi.az xəbər verir ki, fevralın 21-də Ukrayna Dəmir Yolları Moskvadan Kiyevə sıfır kilometri köçürüb. İndi ölkənin dəmir yollarında məsafələr əsas Nezalejnaya – Mərkəzi stansiyadan hesablanacaq.
Şirkətin teleqram kanalı xatırladıb ki, əvvəllər Kiyevdə Mərkəzi Stansiya “856/857 km” işarəsi ilə qeyd olunub. Buna səbəb Moskvadan başlayaraq məsafənin ölçülməsi olub. İndi “Ukrayna Dəmir Yolları” sıfır kilometri Kiyevə köçürüb. Birinci platformada simvolik işarə quraşdırılıb.
O da bildirilir ki, yaxın üç il ərzində Ukrayna dəmir yolunda bütün kilometrlik lövhələr yeniləri ilə əvəz olunacaq. Bundan əvvəl Ukraynada dəmir yolu obyektlərinin adının dəyişdirilməsi üçün “derussifikasiya” çərçivəsində oxşar müddət müəyyən edilmişdi.
Şayəstə