Almaniyanın maliyyə naziri Kristofer Lindner Kiyevə gəlib. O, müharibə başlayandan sonra ilk dəfə Ukraynaya səfər edib.
Elchi.az Reuters.com-a istinadən bildirir ki, siyasətçi Almaniya Maliyyə Nazirliyinə və hakim koalisiyaya daxil olan liberal Azad Demokrat Partiyasına rəhbərlik edir.
O, Kiyevdə siyasi danışıqlar aparacaq.
“Ukrayna bu müharibəni uduzmamalıdır”,- deyən Lindner gəlişi zamanı həmçinin qeyd edib: “Burada söhbət Avropanın dünya nizamı və azadlığından gedir”.
Nazirin sözlərinə görə, Almaniya Qərb dəyərlərini müdafiə edən Ukrayna ilə çiyin-çiyinə olmağa davam edəcək.
Yeganə