Əvvəllər şəhərdə hava hücumundan müdafiə sistemi işləyirdi.
Elchi.az xəbər verir ki, “Biz Rusiya ilə birlikdəyik” ictimai hərəkatının rəhbəri Volodimir Roqov Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətində Berdyanska endirdiyi zərbəni şərh edib. Onun sözlərinə görə, hücum “Storm Shadow” raketlərindən istifadə olunmaqla həyata keçirilə bilərdi.
“İlkin məlumatlara görə, bu gün səhər hücumu Ukrayna Silahlı Qüvvələri tərəfindən “Storm Shadow” raketləri ilə həyata keçirilib”, – Roqov Teleqram kanalında yazıb.
O vurğulayıb ki, Rusiya hava hücumundan müdafiə sistemləri hətta Berdyanskın kənarında belə hücumu uğurla dəf edib.
Şayəstə Hüseynova