Fevralın 3-də Kiyevdə 24-cü Ukrayna-Avropa İttifaqı sammiti keçiriləcək.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə söhbətdən sonra Ukrayna prezidenti Volodimir Zelenskinin mətbuat xidməti bildirib:
“Bu il fevralın 3-də Kiyevdə keçiriləcək növbəti Ukrayna-Avropa İttifaqı sammitinin gözlənilən nəticələrini müzakirə ediblər və hazırlıq işlərinin intensivləşdirilməsi barədə razılığa gəliblər .
Zelenski Avropa Komissiyasının rəhbərinə hərbi əməliyyatlar zonasındakı vəziyyət barədə də məlumat verib.
“Həmsöhbətlər müvafiq silahların tədarükü yolu ilə Ukrayna silahlı qüvvələrinin qüdrətinin daha da gücləndirilməsi yollarını müzakirə ediblər”,-deyə məlumatda qeyd edilib.
Yeganə