Avropa Komissiyası Ukrayna iqtisadiyyatının hər bir sektorunu təhlil edib.
Elchi.az xəbər verir ki, Avropa İttifaqı hesab edir ki, Kiyev hazırda Avropa İttifaqına daxil olmağa hazırlığın ilkin mərhələsindədir. Bu barədə Avropa Komissiyasının dərc etdiyi analitik hesabatda deyilir.
Avropa Komissiyası Ukrayna iqtisadiyyatının hər bir sektorunu və ölkə tərəfindən həyata keçirilən islahatları təhlil edib və bundan sonra Ukrayna iqtisadiyyatının əksər sektorlarının üzvlük prosesinə başlamaq üçün “erkən” və ya “müəyyən” hazırlıq səviyyəsində olduğu qənaətinə gəlib.
“Aİ normalarına tam uyğunluq Ukraynanın Hesablama Palatasında onun müstəqilliyini konstitusiyada aydın şəkildə təsbit etmək, mandatını genişləndirmək və audit prosedurlarında beynəlxalq standartları tətbiq etmək üçün islahatların aparılmasını tələb edəcək”, – hesabatda aydınlıq gətirilir.
Xatırladaq ki, daha əvvəl Ali Radada Kiyevin Avropaya inteqrasiyanı imitasiya etdiyini bildirərək, Ukraynanın mesajlarının reallığa uyğun gəlmədiyini qeyd etmişdilər.
Şayəstə