Hazırda Ukrayna ordusu Rusiyaya qarşı uğurla dayanmaq qabiliyyətinə malikdir.
Regnum agentliyi xəbər verir ki, bu açıqlama ilə “Donetsk Xalq Respublikası”nın eks müdafiə naziri İqor Strelkov çıxış edib. O, Ukrayna ordusunun 5 ay ərzində böyük təcrübə qazandığını bildirib:
“Normal komandanlıq altında, xüsusilə də müdafiədə onlar yaxşı döyüşürlər. Ukrayna ordusunun problemi birinci növbədə əsgərlərdə yox, komandirlərdədir. Əsgərlərin problemi onların reallıqla üzləşdikləri zaman yaranır”.