Bildirilib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Yunanıstandakı təmasları çərçivəsində iyunun 2-də Meriç və Aleksandrupoliyə “gizli” səfər edib.
Elchi.az xəbər verir ki, Yunan mətbuatında yer alan xəbərlərdə Burnsun Aleksandrupoli səfərini MKİ agentlərinin müşayiət etdiyi iddia edilib.
Xəbərdə Yunan kəşfiyyatı və polisinin Burnsun Aleksandrupoli və Meriç ziyarətindən xəbərsiz olduğu iddia edilib.
Ta Nea qəzetinin xəbərində Börnsun mayın 30-da Afinada danışıqlar apardığı bildirilib.
Şayəstə Hüseynova