Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiyanın Ukraynaya müdaxiləsi və buna görə tətbiq edilən sanksiyalardan sonra ilk turnirin Rusiyada keçirilməsinə razılıq verib.
Elchi.az xəbər verir ki, bu barədə “RBC Sport” məlumat yayıb.
“2023-cü ilin mayında Volqoqradda gənclərdən ibarət milli komandalar üçün UEFA-nın beynəlxalq inkişaf turnirinin keçirilməsi planlaşdırılır. Bir neçə ay əvvəl UEFA ilə turnirin keçirilməsi ilə bağlı razılıq əldə olunub. Rusiya Futbol Federasiyası və UEFA Rusiya futboluna qarşı sanksiyaların daha da yumşaldılması ilə bağlı qeyri-rəsmi danışıqlar aparır. Turnirin UEFA səviyyəsində keçirilməsi müsbət dinamikadan xəbər verir”, – UEFA-dakı mənbə bildirib.
Braziliya millisinin sabiq futbolçusu həbs olunub
“Mançester Siti”nin və Braziliya millisinin sabiq futbolçusu Joao Alves polis tərəfindən saxlanılıb. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, 37...