Bu gün “Neftçi”nin UEFA Konfrans Liqasındakı potensial rəqibləri məlum olacaq.
Elchi.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.
Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə “ağ-qaralar”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-22-də, cavab görüşləri isə iyulun 28-29-da keçiriləcək.





















