"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Təməl prinsipləri pozulan dünyada münaqişələr həll olunmaz – ŞƏRH

09 Fevral 2016 - 22:13
in XƏBƏR LENTİ
FacebookVatsap

Beynəlxalq koalisiya qüvvələri, Rusiya, İran, Əsəd, Hizbullah, kürdlərin adına yaradılan silahlı qruplaşmalar kimə qarşı vuruşur?

Suriya və İraqda vəziyyətin düzəlməsi üçün toqquşan maraqların ortaq məxrəci çatmır. Bu səbəbdən də vəziyyət daha da gərginləşir.

Bunu da oxuyun

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

“Şamaxinka”dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq

Artıq Rusiya da bölgədə itki verdiyini etiraf edir. Bəşşar Əsəd rejiminin digər müdafiəçisi İran da ötən illərdən fərqli olaraq Suriyada silahlı toqquşmada ölənlərinin sayını və adlarını gizlətmir. Yəqin çox keçməz Rusiya müttəfiqi İslam Respublikası kimi addım atar. Çünki Ukrayna böhranı təzə başlayanda da rusiyayönlü terrorçular tərəfdə döyüşən və ölən çeçenlərin sayını gizlədirdilər. Ancaq sonradan bu faş oldu.

İndi Ramzan Kadırov Suriyada komandanlarının olduğunu və onların məlumat topladığını söyləyir. O, Rusiyanın bombaladığı yerlərin koordinatlarını həmin çeçenlərin verdiyini bildirir. Belə çıxır ki, Kadırovun adamları Suriyadakı türkmənlərin yerlərinin bombalanmasında əsas rol oynayır, ya da dinc əhalinin yaşadığı məntəqələrin bombalanmasında günahkar onlardır.

Rusiya çeçen adından istifadə edərək müsəlmanı-müsəlmana qarşı qoymaqla yanaşı, həm də müsəlmanlar arasında çeçenlərin mübariz, azad ruhlu nüfuzuna zərbə vurur.

Rusiya terrorçu PKK qruplaşmasının Suriya və İraqdakı qolları, o cümlədən “PYD” (“Demokratik Birlik Partiyası”) ilə əməkdaşlıq etməkdədir.

Hazırda bu terrorçu qruplaşma ABŞ-ın, Rusiyanın, hətta Bəşşar Əsədin də əzizinə çevrilib. Əsəd rejimi ilə “PYD”nin hərbi iş birliyi daha heyrətedicidir. İranyönlü “Hizbullah” silahlı qruplaşması da terrorçu PKK-nın qolu ilə birlikdə “Könüllülər briqadası” adlı ortaq silahlı birləşmə yaradırlar.

Rusiya, İran, Bəşşar Əsəd, “Hizbullah” və “PYD”nin birgə fəaliyyəti nəticəsində Suriyadakı türkmənlərin evləri dağıdılıb, 80 minə yaxın insan Türkiyəyə köç etmək məcburiyyətində qalıb.

Bu halda çox təəccübedici bir mənzərə yaranır. Beynəlxalq koalisiya qüvvələri, Rusiya, İran, Əsəd, “Hizbullah”, kürdlərin adına yaradılan silahlı qruplaşmalar kimə qarşı vuruşur? Ölkədən 6 milyondan çox insan didərgin düşüb, onun 2,5 milyonu Türkiyəyə sığınıb. Belə bir vəziyyətdə İŞİD yerindədir. Əzilən, yerindən-yurdundan olan isə türkmənlərdir.

O zaman qorxulu bir sual yaranır: Yoxsa, bu qüvvələr hamısı Türkiyəyə və türkmənlərə qarşı birləşib və İŞİD bu ideyanın həyata keçirilməsində bəhanədir? Hər halda real görünməsə də, baş verənlər bu ehtimalı iddia etməyə əsas verir.Elə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin müttəfiqi ABŞ-a haqlı bir sual ünvanladı: “ABŞ müttəfiqini, tərəfdarını seçməlidir. Ya Türkiyə, ya da terrorçu PKK qruplaşmasının Suriyadakı qolu “PYD? Siz terrorçularla əlaqə qurursunuzsa, biz sizə necə etibar edə bilərik?”

O, Türkiyənin İŞİD kimi bu qruplaşmaları da terrorçu saydığını bir daha vurğulayıb. İndiyədək Türkiyə bildirir ki, Suriyadan olan qaçqınlara 10 milyard dollar xərcləyib. Daha 10 milyard da xərcləməyi nəzərdə tutub. Avropa İttifaqı isə bu xərcin qarşılığında 3 milyard avro pul ayırır, bunun qarşılığında da Türkiyə qarşısında bir düjün şərtlər irəli sürür. Halbuki bu maliyyə vəsaitini ölkənin başqa sahələrinin inkişafına, elə lap ordu quruculuğuna da xərcləmək olardı.

Bir neçə milyonluq qaçqının problemlərinin həlli ilə məşğul olan Türkiyənin üzərinə 29 dövlətin, o cümlədən Avropa İttifaqına üzv ölkələrin gizli və aşkar dəstəklədiyi terrorçu PKK qruplaşmasının göndərilməsi də nə müttəfiqliyə, nə də beynəlxalq hüquqa sığır. Bu baxımdan Türkiyənin Qərbə mesajı və onlardan istəyi təbiidir.

Rusiya isə Türkiyəyə qarşı öz hikkəsini hələ də boğa bilmir. Bu günlərdə rusiyalı deputatların Rusiya ilə Türkiyə arasında 1921-ci il 16 mart tarixində imzalanmış əməkdaşlıq və dostluq müqaviləsini gündəliyə çıxarmaları Vladimir Jirinovskinin Alyaskanı istəməsi kimi bir iddiadır. Bu müqavilə o zaman Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistanın müxtəlif qurumları tərəfindən təsdiqlənib. Deməli, müqavilənin pozulması Rusiya və Ermənistandan asılı deyil.

Bu sayaq iddiaların irəli sürülməsi Türkiyə, Gürcüstan və Azərbaycana edilən təzyiqlərin tərkib hissəsi də sayıla bilər.

Bölgədə baş verən hadisələr fonunda Səudiyyə Ərəbistanının vəziyyəti də ürəkaçan sayıla bilməz. Krallıq bir yandan İranla neft hasilatı və qiymət yarışındadır, o biri tərəfdə isə Yəmən və Suriyadakı savaşlarda iştirak edir. Suriya ilə birbaşa sərhədi olmasa da, bu ölkə əhalisinin çoxu ilə etnik baxımdan yaxınlığı Səudiyyənin proseslərə fəal qoşulmasına imkan verir. Elə ona görə də krallığın bu ölkəyə hərbçi göndərməyə hazır olmasını bəyan etməsini təbii qəbul etmək olar.

Türkiyənin Suriya və İraqda baş verənlərlə bağlı narahatlığı da hüquqi, təhlükəsizlik və insanlıq baxımından qəbulediləndir.

Türk dövlətinin addımları daha çox bölgə dövlətlərini, terrorçuları və terrorçuların müttəfiqlərini rahatsız etməkdədir.

O zaman təbii suallar ortaya çıxır: Qərbin və Rusiyanın müttəfiqləri kimdir? Onların hədəfi doğurdanmı terrorçu İŞİD-ə qarşı mübarizədir?

Yeri gəlmişkən, bu suallara münasibət bildirməzdən öncə bir xəbəri də qeyd edək. Bəhreynin kralı Xamad ben İsa əl-Xəlifə Soçidə Rusiya prezidenti Vladimir Putinlə xizək sürür. Halbuki Rusiyanın dostu İran Bəhreynin mövcudluğunu belə çətinliklə qəbul edir.

Beləliklə, əvvəllər yuxarıda qeyd etdiyimiz suala “Dostumun düşməni, mənim də düşmənimdir” cavabı verilərdi. Ancaq indi vəziyyət qarışıb. Türkiyə terrorçuları, özəlliklə PKK-nın Suriyadakı qollarını qəbul etmir, ABŞ başda olmaqla Qərb isə onlara müttəfiq kimi baxır. Yaxud Rusiya ilə ABŞ terrorçu “PYD”ni az qala özününkü sayır.Bəhreynlə də İran dost deyil. Rusiya ilə İran dost sayılır. Səudiyyə ilə Rusiyanın münasibəti dostluq səviyyəsində deyil. Ancaq Bəhreynin mövcudluğunun qarantı az qala Səudiyyə Ərəbistanıdır. Bu baxımdan “dostumun düşməni mənim dostum deyil” prinsipi burada pozulur.

Elə bu sayaq prinsiplər pozulduğu üçün münaqişələr həll edilmir. Deməli, dünyada təməl prinsiplər pozulub…

share-block__img

Sədrəddin İsmayılov

Previous Post

Təməl prinsipləri pozulan dünyada münaqişələr həll olunmaz – ŞƏRH

Next Post

Deputatdan silahdaşının həbsi və qızının ölümü ilə bağlı şok ittiham: “İcra başçısının hikkəsi ilə…”

Bənzər yazılar

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

02 Sentyabr 2026 - 22:04

Keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının (YSFR) Rəyasət Heyətinin 10-cu sədri Raif Dizdareviç 100 yaşında Sarayevoda vəfat edib. Elchi.az  xəbər verir...

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

02 Sentyabr 2026 - 22:02

Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib. Elchi.az  xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya...

“Şamaxinka”dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq

“Şamaxinka”dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq

02 Sentyabr 2026 - 21:52

Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonu, Moskva prospektinin kənar yolu (Biləcəri enişi hissəsi) nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq....

ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb

ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb

02 Sentyabr 2026 - 21:46

ABŞ-nin İranın Hörmüz boğazındakı mövqelərinə endirdiyi zərbələr nəticəsində 18 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir...

Next Post

Deputatdan silahdaşının həbsi və qızının ölümü ilə bağlı şok ittiham: “İcra başçısının hikkəsi ilə...”

Deputatdan silahdaşının həbsi və qızının ölümü ilə bağlı şok ittiham: “İcra başçısının hikkəsi ilə...”

Son xəbərlər

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

02 Sentyabr 2026 - 22:04
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

02 Sentyabr 2026 - 22:02
ABŞ ordusu Hörmüz boğazında bir gecədə 28 gəmini məhv edib

ABŞ ordusu Hörmüz boğazında bir gecədə 28 gəmini məhv edib

02 Sentyabr 2026 - 21:57
“Şamaxinka”dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq

“Şamaxinka”dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq

02 Sentyabr 2026 - 21:52
ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb

ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb

02 Sentyabr 2026 - 21:46
ABŞ İrana kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcək

ABŞ İrana kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcək

02 Sentyabr 2026 - 21:42
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub

02 Sentyabr 2026 - 20:25
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb

ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb

02 Sentyabr 2026 - 20:21
Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

02 Sentyabr 2026 - 20:16
Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb

Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb

02 Sentyabr 2026 - 20:07
ABŞ Prezidenti Hörmüz boğazını “Tramp boğazı” adlandırmaq istəyir

ABŞ Prezidenti Hörmüz boğazını “Tramp boğazı” adlandırmaq istəyir

02 Sentyabr 2026 - 20:05
KİV: ABŞ Konqresində respublikaçılar çoxluğu itirə bilər

KİV: ABŞ Konqresində respublikaçılar çoxluğu itirə bilər

02 Sentyabr 2026 - 19:29
“Neftçi” Kenan Piriçlə yollarını ayırıb

“Neftçi” Kenan Piriçlə yollarını ayırıb

02 Sentyabr 2026 - 19:12
Netanyahu Qəzzada hərbçilərə baş çəkib

Netanyahu Qəzzada hərbçilərə baş çəkib

02 Sentyabr 2026 - 19:00
Goranboyda iclas keçirildi – Sakinlər saat 18:30-dan etibarən evlərinə qaytarılır

Goranboyda iclas keçirildi – Sakinlər saat 18:30-dan etibarən evlərinə qaytarılır

02 Sentyabr 2026 - 18:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.