"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Təhsil haqqı ödəyənlərə – Şad xəbər

12 Fevral 2016 - 16:17
in XƏBƏR LENTİ
FacebookVatsap

Təhsil haqqı ödəyənlərə və kiçik krediti olanlara sosial yardım veriləcək.

Bunu da oxuyun

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

 

Bunu Atv.az-a açıqlamasında iqtisadçı Qalib Toğrul bildirib.

 

Onun sözlərinə görə, Ünvanlı dövlət sosial yardımının (ÜSY) verilməsi qaydaları əsaslı şəkildə dəyişib:

 

“ÜSY-nin verilməsi ilə bağlı Nazirlər Kabinetinin köhnə qaydaları qüvvədən düşüb, yeni qaydalar qüvvəyə minib. Dəyişikliklər çoxdur. Ən önəmli olanlarını qeyd etməyə çalışacam:

 

1. Əvvəlki qaydalardan fərqli olaraq artıq dəqiq şəkildə müəyyən olunub ki, bu sosial yardım kimlər üçün nəzərdə tutulur, “və sair” kimi rüşvətə əl yeri qoyan təyinlərdən istifadə olunmur.

 

Qaydalarda konkret yazılır ki, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım almaq hüququna malikdirlər:

 

– ailə üzvünün əmək qabiliyyətini itirməsi;

 

– əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi; (yenidir-red.)

 

– ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; (yenidir-red.)

 

– Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması;

 

– ailə üzvünün vəfat etməsi;

 

– ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi;

 

– ailə üzvünün azadlıqdan məhrum edilmə

 

– ailə üzvünün olduğu yerin məlum olmaması.

 

2. Əvvəllər sosial yardım üçün yalnız könüllü şəkildə seçilmiş əmək yetkinlik yaşda olan ailə üzvlərindən biri ailə adından müraciət edirdi.

 

Artıq ailədə belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər.

 

3. Artıq sosial yardımın alınması üçün həm elektron qaydada, həm də əvvəlki kimi kağız əsasda müraciət etmək mümkündür.

Qaydalar seçimi müraciət edənin öhdəsinə buraxır. ƏƏSMN-nin elektron qaydada məlumatlardan istifadə etməsi üçün 22 dövlət orqanı və təşkilatının məlumatlarına çıxışı olacaq.

 

4. Tələb olunan sənədlərin sayı 5 dəfə azaldı!

 

Bu da o deməkdir ki, artıq sosial yardım almaq istəyən ailə 3 forma doldurmayacaq və ondan əlavə 12 sənəd istənilməyəcək. Sizi yormamaq üçün əvvəllər hansı sənədlərin tələb olunduğunu yazmıram, indi heç bunu əhəmiyyəti də yoxdur. Artıq sosial yardım üçün 3 sənəd (dəxli yoxdur, elektron qaydada müraciət edirsən, yoxsa kağız əsasda) tələb olunur:

 

– şəxsiyyəti təsdiq edən sənəd (müraciət kağız üzərində olduqda);

 

– təmsilçilik barədə ərizə (notariat orqanı tərəfindən təsdiq edilməsi zəruridir);

 

– ərizə-bəyannamə (2 nömrəli əlavə)

 

Zəruri qeyd: Hələki burda bir amma var ki, sənədlərin sayı təxminən 6 aydan sonra bu qədər azalacaq. Qaydalara görə, “Elektron hökumət” portalına qoşulacaq informasiya sistemlərində və ehtiyatlarında sosial yardım üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resursları yerləşdirilənədək və bu informasiya sistemlərinə və ehtiyatlarına ƏƏSMN-in çıxışı təmin edilənədək həmin arayış və məlumatlar Təmsilçi tərəfindən bu qurumlardan kağız formasında alınmalıdır.

 

5. Sosial yardımın verilməsindən imtinaya əsas yaradan hallar yumşaldıldı.

 

Qüvvədən düşmüş qaydaya görə,

 

– sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün və ya tam olmayan məlumatlar və sənədlər verildikdə;

 

– yardım üçün müraciətdən 1 il əvvəl ailə mənzil aldıqda və yaxud respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 10 mislindən çox məbləğdə təhsil haqqı ödədikdə və yaxud alqı-satqı etdikdə;

 

– ailənin istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olunmaqla);

 

– ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəçiliyi olduqda;

 

– ailənin əmək qabiliyyətli, işləməyən üzvü Baş Məşğulluq İdarəsinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə

 

sosial yardımın təyin olunmasından imtina edilirdi.

 

Yeni qaydalara görə, xalq dilində desək, kimlərə sosial yardım düşmür:

 

– “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda;

 

– sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda;

 

– sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə;

 

– ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);

 

– ailənin əmək qabiliyyətli, işləməyən üzvü Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə;

 

– ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda;

– ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.

 

Göründüyü kimi artıq məbləğindən asılı olmayaraq, kredit götürənlərə və təhsil haqqı ödəyənlərə də sosial yardım veriləcək, alqı-satqı üçün məhdudiyyət əvvəl yaşayış minimumunun 10 misli qədər idisə, indi 12 mislinə qaldırılıb. Artıq kredit gəlir sayılacaq və gəlirlər hesablanan zaman nəzərə alınacaq. Mənzil məsələsində də yumşalma olub. Əvvəl bir il əvvəl mənzil almışdınsa, yardım düşmürdü. İndi isə 1-dən artıq mənzilin (eyni təyinatlı daşınmaz əmlakın) olarsa, sosial yardım verilməyəcək.

 

Burada mənim razılaşmadığım “sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda” bəndidir.

 

6. Yeni qaydalara görə, əgər sosial yardım alanın evi yoxdursa, ona kimsə ev, mənzil bağışlayırsa, bu zaman sosial yardım kəsilmir, davam etdirilir.

 

Təqdir edirəm bu müddəanın qaydalara salınmasına. Əvvəllər də dəfələrlə səsələndirdiyim kimi kasıb ağacda yaşamamalıdır ki, onun da evi ola bilər və olmalıdır.

 

7. Sosial yardım üçün müraciət edən ailənin gəlirlərinin hesablanması qaydası konkretləşdirilib.

 

Bunu təqdirəlayiq hal kimi qiymətləndirirəm. Nəzərə alınan və alınmayan gəlirlərin siyahısı dəqiqləşrilib və hesablanması ilə bağlı ətraflı, aydın açıqlama verilib”.

 

Sonda onu da qeyd edək ki, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.

 

Previous Post

Təhsil haqqı ödəyənlərə – Şad xəbər

Next Post

Azərbaycana 23 milyard yatırım edən ölkə

Bənzər yazılar

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

07 Sentyabr 2026 - 23:17

İrlandiya vətəndaşlıq almaq üçün ölkədə yaşama müddətini beş ildən səkkiz ilə artırmaq niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə "Irish...

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

07 Sentyabr 2026 - 23:14

ABŞ-nin "İnter Mayami" klubunun argentinalı futbolçusu Lionel Messi və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında çıxış edən Kriştianu Ronaldu karyerasını başa vuran...

İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

07 Sentyabr 2026 - 23:07

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossinin bu ölkənin nüvə obyektlərində yoxlama aparılması ilə bağlı çağırışına cavab verib...

Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

07 Sentyabr 2026 - 21:43

Boliviyanın Viaça şəhərində hərbi texnikaya xidmət mərkəzinin ərazisində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Elchi.az "Unitel"ə istinadən...

Next Post

Azərbaycana 23 milyard yatırım edən ölkə

Azərbaycana 23 milyard yatırım edən ölkə

Son xəbərlər

Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var

Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var

07 Sentyabr 2026 - 23:43
“Oasis”in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

“Oasis”in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

07 Sentyabr 2026 - 23:42
İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

07 Sentyabr 2026 - 23:17
Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

07 Sentyabr 2026 - 23:14
ABŞ Kubaya 178 milyard dollar zərər vurub

ABŞ Kubaya 178 milyard dollar zərər vurub

07 Sentyabr 2026 - 23:12
Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

07 Sentyabr 2026 - 23:09
İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

07 Sentyabr 2026 - 23:07
Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

07 Sentyabr 2026 - 21:43
Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib

Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib

07 Sentyabr 2026 - 21:42
“Formula 1″in keçmiş rəhbəri Berni Ekklstounun baqajında ov tüfəngi aşkarlanıb

“Formula 1″in keçmiş rəhbəri Berni Ekklstounun baqajında ov tüfəngi aşkarlanıb

07 Sentyabr 2026 - 21:40
“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib

“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib

07 Sentyabr 2026 - 20:30
Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq

Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq

07 Sentyabr 2026 - 20:16
Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb

Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb

07 Sentyabr 2026 - 20:14
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

07 Sentyabr 2026 - 20:11
“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

07 Sentyabr 2026 - 20:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.