Tvitterin onlayn işləməsini təmin edən bəzi kodlar internetə sızdırılıb.
Elchi.az-ın “Reuters”-ə istinadən xəbərinə görə, şirkətin Kaliforniya ştatında yerli məhkəməyə təqdim etdiyi sənədlərdə platformanı işlədən kodun bəzilərinin “Github”-da dərc edildiyi bildirilib.
“Github Microsoft”-a məxsus kod və proqram təminatı paylaşma platformasıdır. Məhkəməyə təqdim edilən sənədlərə görə, Tvitter kodu sızdıran şəxsin məlumatlarının açıqlanmasını tələb edir.
Məhkəməyə təqdim edilən dosyedə kodu sızdıran şəxsin ləqəbinin “İfadə azadlığını sevən” mənasını verən “FreeSpeechEnthusiast” olduğu bildirilib. “Github” cümə günü Tvitterin tələbi ilə kodu platformadan çıxardığını açıqlayıb. Martın 24-də məhkəməyə edilən müraciətlə bağlı Tvitter heç bir açıqlama verməyib.
Eyni zamanda, “Github” kodun platformada nə qədər qaldığı barədə məlumat verməyib.
Yeganə