Tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağan olundu

181
SHARES
317
VIEWS

Bunu da oxuyun

Nazirlər Kabineti “Tütün məmulatları tullantılarının utilizasiyası Qaydası” təsdiqləyib.

Elchi.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazirin müavini Əli Əhmədov imzalayıb.

“Tütün məmulatları tullantılarının utilizasiyası Qaydası” təsdiq edilsin”, – deyə sənəddə bildirilir.

Sənəd bir neçə müddəanı özündə birləşdirir. Ümumi müddəalara bunlar aiddir:

1.1. Bu Qayda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanununun 9.2-ci maddəsinə əsasən hazırlanıb və tütün məmulatları tullantılarının utilizasiyası qaydasını müəyyən edir.

1.2. Bu Qayda mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslərə şamil olunur.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. tütün məmulatları – tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.). Bütün növ qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulur;

1.3.2. tütün məmulatlarının tullantıları – qanunvericiliyin müddəalarına müvafiq olaraq kənarlaşdırılan, kənarlaşdırılma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan tütün məmulatları və onların qalıqları, tütün məmulatlarının xammal, material, maddə, yarımfabrikatları və onların qalıqları;

1.3.3. tütün məmulatları tullantılarının utilizasiyası – tütün məmulatları tullantılarından lazımi materialların və enerjinin ayrılaraq təkrar istifadə üçün yararlı hala salınması;

1.3.4. istehsalat tullantılarına aid edilən tütün məmulatlarının tullantıları – istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən tütün məmulatları və onların qalıqları, tütün məmulatlarının xammal, material, maddə və yarımfabrikatları və onların qalıqları;

1.3.5. tütün məmulatları tullantılarının sahibi (mülkiyyətçisi) – tütün məmulatları tullantılarının istehsalçısı, təhvil verildikdən sonra onların daşınmasını, habelə utilizasiyasını və zərərsizləşdirilməsini həyata keçirən şəxslər.

1.4. Tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağandır.

Bənzər yazılar

Next Post

Son xəbərlər