Türkmənistanın keçmiş prezidenti, Xalq Məsləhətinin (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədov respublikanın öz qazını Türkiyə və Avropaya çatdıra biləcəyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə “Nikkei Asia” məlumat yayıb.
Bundan əvvəl Türkmənistan və Türkiyə təbii qaz sahəsində tərəfdaşlığın inkişafı haqqında saziş imzalayıblar.
Onun sözlərinə görə, Türkmənistandan qaz Türkiyə və Avropaya – Xəzər dənizi və Azərbaycandan və ya İranın boru kəməri infrastrukturundan keçə bilər. Berdiməhəmmədov qeyd edib. Türkmənistanın Qalkinış yatağında 27 trilyon kubmetr qaz var.
Türkmənistan rəsmilərindən biri qeyd edib ki, Türkmənistan Türkiyəni və Avropanı təmin etmək üçün kifayət qədər qaz ehtiyatına malikdir, eyni zamanda Çinə də qaz verir.
Nuranə Məmmədova