"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Türkiyə-Rusiya alyansı Qarabağa nə vəd edir?

30 Noyabr 2016 - 09:14
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

 Türkiyə-Rusiya alyansı Qarabağa nə vəd edir?Qabil Hüseynli: “Rusiya ilə Ermənistan o qədər yaxınlaşıb ki, problemin siyasi vasitələrlə həlli mümkünsüz görünür”

 
Bir il öncə pisləşən Rusiya-Türkiyə münasibətləri artıq nəinki normallaşıb, həmçinin daha da istiləşməkdədir. Ekspertlər iki qonşu ölkənin əlaqələrinin düzəlməsinin Azərbaycan üçün də vacib olduğunu deyirlər. Xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan qədər maraqlı olan qardaş Türkiyənin Rusiya ilə yaxınlıq sayəsində ən ağrılı problemimizin həllinə ciddi töhfə verəcəyi deyilir. 
İddialara görə, ABŞ-ın yeni prezidenti Donald Trampın da Qarabağ məsələsinin həllində böyük rol oynaya biləcəyi vurğulanır. Səbəb kimi Barak Obama dövründə Rusiya və Türkiyə ilə əlaqələri kəskin şəkildə pisləşən Amerikanın bu iki dövlətlə əlaqələrinin qurulmasının vacib olması ilə bağlı Trampın verdiyi açıqlamalar göstərilir. 
 
Lakin politoloq Qabil Hüseynli Türkiyənin Qərbdən uzaqlaşıb, Rusiyaya yaxınlaşmasını Qarabağ məsələsində ümidverici amil saymır: “Türkiyə prezidenti Ərdoğan Sankt Peterburqda Putinlə görüşəndə beş rayonun qaytarılması məsələsi həll edilmiş kimi görünürdü. Çavuşoğlu da bu məsələni çox böyük sevinclə dünyaya və Azərbaycan xalqına çatdırdı. Amma sonrakı proseslər sanki donub qaldı. Proseslər göstərdi ki, Rusiya, sən demə, bu məsələlərdə sona qədər səmimi deyilmiş. Hətta bir münaqişənin həllinə mane olacaq növbəti gedişlər etdi – Ermənistana raket silahlar göndərdi. Ermənilər bundan təkcə silah kimi deyil, psixoloji amil kimi istifadə edərək, nüvə silahına malik olmaları barədə dezinformasiyalar yaydılar. Ermənilər artıq Rusiyanı bu proseslərdə birbaşa iştirak edəcək ölkə kimi təqdim edirlər. Hətta Ermənistan prezidenti yaxınlarda bir çıxışında açıq şəkildə dedi ki, biz istəsək, Azərbaycanı təslimçi sülhə vadar edərik, ciddi zərbə vurarıq. Öz ölkəsində nüfuzunu itirən bir şəxsin bu açıqlamasından sonra Rusiyadan nə qədər ilhamlandığının şahidi olursan”.
Image result for Qabil Hüseynli
 
Q.Hüseynli Rusiyanın Qafqazda daima pozucu işlər apardığını da qeyd etdi: “Bunun bir tərəfi Azərbaycana qarşı yönəlib, digər tərəfi isə Türkiyəyə qarşı istənilən an yönələ bilər. Əgər Rusiya Ermənistanla hərbi ittifaq yaradırsa, Türkiyə də Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanla hərbi ittifaq yaratmaq üçün addımlar atmalıdır. Türkiyə indiyə qədər bu problemin həlli üçün, proseslərin beynəlxalq aləmdə ölkəmizin xeyrinə dəyişməsi üçün xeyli əziyyətlər çəkib. İndiki şəraitdə Türkiyə və Rusiya arasındakı yaxınlaşma ilə verilən bəyanatlar, görülən işlər ciddi əhəmiyyət daşımır. Lavrovun Türkiyəyə səfəri başlayıb, bu səfərdə Dağlıq Qarabağ məsələsi ilə bağlı gedə biləcək müzakirələri indidən söyləmək mümkün deyil. Reallıq budur ki, Rusiya ilə Ermənistan o qədər yaxınlaşıb ki, bu problemin həllinin siyasi vasitələrlə həlli mümkünsüz görünür. Yalnız Türkiyə-Azərbaycan arasındakı hərbi ittifaq yaranan balansı tarazlaşdıra bilər”.
Politoloq D.Trampın prezident seçilməsinin Dağlıq Qarabağ məsələsində oynaya biləcəyi müsbət keyfiyyətlərə də toxundu: “Ümumiyyətlə, respublikaçılar Azərbaycan və Türkiyəyə qarşı münasibətdə daha pozitiv olublar. Güman edirəm ki, Tramp bu pozitivliyi daha da artıra bilər. Onun Azərbaycanın bəzi siyasi dairələrlə əlaqələri dediyimiz sözlərə haqq qazandırır. Obama dövründə pisləşən Türkiyə ilə münasibətləri düzəltmək üçün Tramp önəmli açıqlamalar verir. Açığı, Rusiya ilə Amerikanın münasibətlərinin düzələcəyi ehtimalı bir qədər zəif görünür. ABŞ elə bir ölkədir ki, prezidentin yürütdüyü siyasət təkcə onunla bağlı deyil. Dövlət siyasəti bir sıra strukturlar tərəfindən yönləndirilir. Türkiyə ilə münasibətlər düzələ bilər.
Çünki Türkiyənin Qərbdən uzaqlaşıb, Rusiyanın təsir məkanına çevrilən yerə yönəlməsi real görünmür. Buna imkan da verməzlər. Eyni zamanda Türkiyə rəhbərliyi buna yönəlik addımlar atsa belə, ciddi narazılıqlarla üzləşə bilər. Türkiyə anlamalıdır ki, Dağlıq Qarabağ, Yaxın Şərq və MDB məkanındakı problemlərin həlli yolu Rusiyanın zəiflədilməsindən, yerində otuzdurulmasından keçir.
Bu məsələdə əksər analitiklərin fikirləri eynidir. Tramp da çoxlarının fikirləri ilə siyasət yürütməyə məcbur qalacaq. Türkiyə siyasətini bu reallıqlara uyğun qursa, həm özü udar, həm də Qarabağ probleminin həllinin obyektiv istiqamətə yönəlməsinə nail ola bilər”.
Previous Post

Türkiyə-Rusiya alyansı Qarabağa nə vəd edir?

Next Post

Rusiya Hələbi məhəllə-məhəllə Əsədə qaytarır

Bənzər yazılar

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

24 İyul 2026 - 23:01

ABŞ Prezidenti Donald Tramp Amerika texnologiya şirkətlərinə tətbiq edilən böyük cərimələrdən sonra Vaşinqtonun Avropa İttifaqının (Aİ) siyasəti ilə bağlı araşdırmaya...

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

24 İyul 2026 - 22:57

ABŞ ordusu Oman dənizi istiqamətindən bölgəyə daxil olmaq istəyən mayeləşdirilmiş neft qazı (LPG) daşıyan tankerə zərbə endirib. Elchi.az bu barədə...

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

24 İyul 2026 - 22:55

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iştirakçı dövlətlərinin assambleyası prokuror Kərim Xanın tutduğu vəzifədən kənarlaşdırılmasına səs verib. Elchi.az xəbər verir ki, bu...

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

24 İyul 2026 - 21:54

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb. Elchi.az xəbər verir ki,...

Next Post

Rusiya Hələbi məhəllə-məhəllə Əsədə qaytarır

Rusiya Hələbi məhəllə-məhəllə Əsədə qaytarır

Son xəbərlər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

25 İyul 2026 - 19:15
Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

25 İyul 2026 - 18:54
Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

25 İyul 2026 - 18:50
Putin Tokayevlə görüşüb

Putin Tokayevlə görüşüb

25 İyul 2026 - 18:17
Təyyarə evin damına çırpıldı: ölən var – Video

Təyyarə evin damına çırpıldı: ölən var – Video

25 İyul 2026 - 17:57
Ağdamın daha 2 kəndində yanğın başladı

Ağdamın daha 2 kəndində yanğın başladı

25 İyul 2026 - 17:45
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31
Böyük Britaniya ordusuna Ukraynada sınaqdan keçirilmiş dronları alır

Böyük Britaniya ordusuna Ukraynada sınaqdan keçirilmiş dronları alır

25 İyul 2026 - 16:38
Flik bu futbolçunu “Barselona”dan göndərmək istəyir

Flik bu futbolçunu “Barselona”dan göndərmək istəyir

25 İyul 2026 - 16:24
Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb

Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb

25 İyul 2026 - 15:56
İspaniyada meşə yanğınları Madridə çatıb: hakimiyyət bunu paytaxt tarixinin ən ciddi yanğını adlandırıb

İspaniyada meşə yanğınları Madridə çatıb: hakimiyyət bunu paytaxt tarixinin ən ciddi yanğını adlandırıb

25 İyul 2026 - 15:41
İran səfiri: Azərbaycanla qarşılıqlı münasibətlər həmişə dostluq əsasında olub

İran səfiri: Azərbaycanla qarşılıqlı münasibətlər həmişə dostluq əsasında olub

25 İyul 2026 - 15:13
Ukrayna Təhlükəsizlik Xidməti: Rusiyanın S-400 sistemi, hərbi gəmisi və Xəzər dənizindəki obyektlərinə zərbələr endirilib

Ukrayna Təhlükəsizlik Xidməti: Rusiyanın S-400 sistemi, hərbi gəmisi və Xəzər dənizindəki obyektlərinə zərbələr endirilib

25 İyul 2026 - 14:52
Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

25 İyul 2026 - 14:49
Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

25 İyul 2026 - 14:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.