"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rusiya Hələbi məhəllə-məhəllə Əsədə qaytarır

30 Noyabr 2016 - 09:30
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Rusiya Hələbi məhəllə-məhəllə Əsədə qaytarır Suriyanın şimalındakı yeni vəziyyət; Moskva Ankaranı kürd məsələsində razı salmağa nail olub

 
Suriya ordusu Hələb şəhərində mühasirəni daha da daraldıb. Son həftələrdə aramsız hücumlar təşkil edən Suriya ordusu silahlıların nəzarətində olan Hələbin şərq rayonlarını bir-bir ələ keçirir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, artıq silahlılar Hələbin şərqində əllərində olan bölgənin 40 faizini, daha dəqiqi, 12 rayonu itiriblər.
 
Artıq Hələbin bir neçə günə tamamilə hökumət qüvvələrinin nəzarətinə keçəcəyini müxaliflər də etiraf edirlər. Suriya müxalifətinin ölkə xaricində yerləşən şurasının nümayəndəsi Corc Səbra BBC-yə açıqlamasında deyib ki, Hələbin itirilməsi müharibənin sonu deyil. Bu açıqlamanın özü artıq müxaliflərin də Hələbin itirlməsi ilə barışdığını göstərir. 
Hələbin silahlıların nəzarəti altında olan bölgəsində 300 min nəfərdən bir qədər az sakinin olması ehtimal edilir. Son həftələrdəki döyüşlər və aralıq atəşkəs dönəmində 10 minə yaxın insan bu bölgəni tərk edərək hökumətin və kürd silahlıların nəzarət etdiyi bölgəyə qaçıb. Hazırda Hələbin şərq ərazilərində Azad Suriya Ordusu və bir sıra islamçı silahlı birləşmələr, o cümlədən keçmiş “ən-Nusra” cəbhəsi (indiki Şamın Fəth Cəbhəsi) kimi qüvvələr möhkəmlənib. Şəhərin qərb hissəsinə isə hökumət qüvvələri nəzarət edir, bundan başqa, Hələbin kənarında, şimala doğru bölgədə kürdlərin YPG və ya Suriya Demokratik Qüvvələrinin postları var. Şəhərdən verilən məlumata əsasən, hazırda hökumət qüvvələri Hələbin məhəllələrini bir-bir ələ keçirir və mərhələli şəkildə ərazini nəzarətə alır. Bu isə o deməkdir ki. yaxın günlərdə şəhərin tamamilə təmizlənməsi mümkündür.
Qeyd edək ki, Hələb Suriyanın şimalında, Türkiyəyə doğru əsas strateji bölgədə yerləşən böyük şəhərdir. Hələbdə müharibə başlayana qədər 2,3 milyon əhali yaşayıb. Hələb Suriyanın ikinci böyük şəhəri olmaqla yanaşı, eyni zamanda Yaxın Şərqin ən böyük sənaye və tekstil mərkəzlərindən biri olub. Müharibəyə qədər Hələbdə 320-dən artıq zavod və fabrik fəaliyyət göstərib. Suriyada münaqişə başlayandan az sonra – 2012-ci ildə Hələbin böyük hissəsi müxaliflərin (bir neçə silahlı qrupun – K.R.) nəzarəti altına düşüb.
Hələbdə vəziyyət 2015-ci ilin sonlarında – Rusiya Suriyada hərbi əməliyyatlara başladıqdan sonra dəyişib. Ümumiyyətlə, Hələb Suriyanın şimalına doğru strateji məntəqə hesab olunan, əsas magistral yolun üzərində yerləşir. Hələb özünün böyük bir şəhər olması ilə yanaşı, yerləşdiyi nöqtə də müharibənin taleyi, Suriyanın şimalında əsas güc sahibi müəyyən edən faktora çevrilib. Bu səbəbdən də ruslar məhz əməliyyata Hələbdən başladılar.
 
Çünki Hələbin ələ keçirilməsi Bəşər Əsədin Dəməşqdən sonra ölkənin ikinci böyük şəhərini nəzarət altına almış olacaq və bununla da ölkədə əsas güc mərkəzi iqtisad olaraq qəbul olunacaq. Üstəlik, Hələbi ələ keçirməklə Türkiyə yolunu nəzarət altında saxlaya biləcək və bununla da faktiki olaraq şimal bölgələrində əsas güc olacaq. Bu səbəbdən də Rusiyanın əməliyyatları Hələb ətrafında cəmləşdi.
Qeyd edək ki, Hələb haqqında yuxarıda qeyd olunan amillər müxaliflər üçün də keçərlidir. Bu səbəbdən də müxaliflər hələ də dirəniş göstərir, Hələbi vermək istəmirlər. Çünki Hələbin itirilməsi onlar üçün ağır itki olacaq, böyük ölçüdə psixoloji məğlubiyyət yaşayacaqlar.
Xatırladaq ki, bu il avqustun 24-də Türkiyədən quru qüvvələri aviasiyanın dəstəyi ilə Suriya ərazisinə daxil olub.
“Fırat kalkanı” adlanan əməliyyatın əsas hədəfi Fərat çayının sol sahilinə keçən və Türkiyə sərhədinə doğru böyük əraziləri İŞİD-dən almaqda olan kürdlərin YPG və ya Suriya Demokratik Qüvvələri (SDQ) birləşmələrinə qarşı əməliyyat idi. Çünki kürdlərə amerikalılar və Avropa ölkələri hərbi dəstək verirdi, bu səbəbdən də onlar sürətlə İŞİD-in əlindəki bölgələri ələ keçirirdilər.
Ancaq kürdlərin Türkiyə sərhədlərinə doğru yaxınlaşması Ankara üçün İŞİD qədər ciddi problem idi. Çünki YPG Türkiyədə separatçı kürd terror təşkilatları ilə ittifaq halındadır, PKK-nın müttəfiq quruluşudur. YPG-nin Türkiyə sərhədlərinə nəzarət etməsi və burda muxtariyyət yaratması Türkiyəyə qarşı faktiki olaraq bölücülük fəaliyyətinin alovlanması idi. Bu mənada Türkiyə üçün Bəşər Əsədin taleyindən çox, kürdlərin gələcək Suriyada hansı statusda olacaqları əsas məsələdir.
Bu səbəbdən də Türkiyə ordusunun sərhədi keçərək ilk dəfə Suriya ərazilərinə daxil olması nəzərləri Rusiyaya çevirdi. Çünki Suriya ərazində 2015-ci ilin noyabrından Rusiyanın S-400 hava hücumundan müdafiə sistemləri yerləşdirilib və faktiki olaraq Suriya hava məkanı hətta İsrail kimi yeni texnologiyaları olan dövləti aviasiyası üçün qapadılmışdı. Ancaq gözlənilmədən avqustun 24-dən başlayaraq Türkiyə aviasiyası Suriya ərazilərinə daxil olaraq kürdləri və İŞİD mövqelərini bombalamağa başladı. Aydın idi ki, Türkiyə ordusunun Suriyaya daxil olması ən azından Moskva ilə razılaşdırılmışdı.
İlk olaraq ərəb mətbuatı Ərdoğan və Putin arasında Suriya mövzusunda anlaşmanın olduğunu yazdı. İddia edilirdi ki, Hələbin Suriya hökumətinin nəzarətinə keçməsi qarşılığında, ruslar Türkiyənin kürdlərə qarşı əməliyyatına razılıq veriblər. Ancaq bir qədər sonra Türkiyənin haber7 saytı rusların həqiqətən də belə bir təklifinin olduğunu, ancaq Ankaranın qəbul etmədiyini yazdı.
Ancaq detallarının hər nə olmasından asılı olmayaraq, Suriya mövzusunda Rusiya və Türkiyə arasında ortaq maraqlara əsaslanan bir razılaşmanın olması açıq-aydın hiss olunur. Çünki əvvəla, Rusiya-Türkiyə münaqişəsinin kökündə Suriya problemi dayanırdı və iki ölkə arasında təyyarə olayından sonra barışıq şərti Suriya münaqişəsi idi, ikincisi sadaladığımız amillər, yəni Türkiyənin Suriyaya daxil olması və rusların, eləcə də Suriyanın (BMT-yə məktubla müraciət istisna olmaqla – K.R.) etirazının olmaması ortada hansısa anlaşmanın olduğunu göstərir. Digər tərəfdən, ruslar indi kürd məsələsinə tamamilə kənardan baxır, necə deyərlər, qarışmırlar. 
Çox güman ki, bu anlaşmada Hələb qarşılığında Suriyanın şimal bölgələrində Türkiyə ordusu himayəsində ASO-nun nəzarət etdiyi yeni bölgənin yaradılması, eləcə də danışıqlarda hansısa siyasi razılaşma bəndləri mövcuddur. Hər halda, bütün bunları detallı şəkildə indi söyləmək mümkün deyil. 
Previous Post

Rusiya Hələbi məhəllə-məhəllə Əsədə qaytarır

Next Post

Gədəbəydə yanan 2 mərtəbəli ev söndürülüb

Bənzər yazılar

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

26 İyul 2026 - 15:49

Türkiyənin cənubundakı Antalya vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsində beş nəfər ölüb, iki nəfər yaralanıb. Elchi.az bu barədə "Haber Global"a...

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcəyədək yüksələcək. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb....

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44

Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı...

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

26 İyul 2026 - 15:41

Bu gün səhər saatlarında "F-16" qırıcısı Rumıniyanın ərazi suları üzərində son üç gündə Rusiyanın üçüncü pilotsuz uçuş aparatını məhv edib....

Next Post

Gədəbəydə yanan 2 mərtəbəli ev söndürülüb

Gədəbəydə yanan 2 mərtəbəli ev söndürülüb

Son xəbərlər

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

26 İyul 2026 - 15:49
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44
Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

26 İyul 2026 - 15:41
Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

26 İyul 2026 - 11:13
Coratda 26 yaşlı gənc dənizdə boğulub

Coratda 26 yaşlı gənc dənizdə boğulub

26 İyul 2026 - 11:11
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

26 İyul 2026 - 11:09
FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

26 İyul 2026 - 11:06
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

25 İyul 2026 - 19:15
Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

25 İyul 2026 - 18:54
Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

25 İyul 2026 - 18:50
Putin Tokayevlə görüşüb

Putin Tokayevlə görüşüb

25 İyul 2026 - 18:17
Təyyarə evin damına çırpıldı: ölən var – Video

Təyyarə evin damına çırpıldı: ölən var – Video

25 İyul 2026 - 17:57
Ağdamın daha 2 kəndində yanğın başladı

Ağdamın daha 2 kəndində yanğın başladı

25 İyul 2026 - 17:45
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.