"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Türkiyə Qarabağda antiterror əməliyyatına başlaya bilər”

30 Noyabr 2015 - 08:45
in aktual-banner, Banner
FacebookVatsap
 “Türkiyə Qarabağda antiterror əməliyyatına başlaya bilər”

Baş nazir Əhməd Davudoğlu da Bakıya gəlir; qardaş ölkədən Azərbaycana intensivləşən siyasi səfərlərin ilginc pərdəarxası var…

Bunu da oxuyun

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ötən həftə Azərbaycana səfəri yekunlaşandan dərhal sonra baş nazir Əhməd Davudoğlunun da dekabrın 3-də Bakıya gələcəyi məlum oldu. Türkiyə hökumətinin xarici işlər nazirinin və başçısının ard-arda səfərlərinin Türkiyə ilə Rusiya arasında gərginliyin yaşandığı zaman həyata keçirilməsi bir çox suallar yaradır. 
Bu arada Rusiyanın məşhur “Kommersant” qəzeti Türkiyənin Dağlıq Qarabağda anti-terror əməliyyatlarına başlaya biləcəyi xəbərini yayıb. Türkiyədən Azərbaycana intensiv səfərlərin başlandığı bir vaxtda tanınmış bir qəzetin belə bir xəbər yayması maraqlıdır. Məsələnin ciddiliyini artıran daha bir məqam isə Türkiyə baş naziri Əhməd Davudoğlunun ölkəsinin Azərbaycanla birlikdə Ermənistan işğalı altında olan Dağlıq Qarabağı işğaldan azad etməyə hazır olduğu bəyanatıdır.
Politoloq Natiq Miri bu bəyanatın çox ciddi məsələlərin müzakirə edilməkdə olduğundan xəbər verdiyini söylədi: “Türkiyədə 1 noyabr parlament seçkilərindən sonra yeni hökumət formalaşıb və ənənəvi olaraq Türkiyə hökumətinin ilk xarici səfəri qardaş Azərbaycana edilir. Xarici işlər naziri Mövlud Çavuşoğlunun səfəri, dekabrın 3-nə nəzərdə tutulan Əhməd Davudoğlunun səfəri həm bu baxımdan, həm də regionda son vaxtlar cərəyan edən sürətli proseslər baxımından dəyərləndirilməlidir. Bu səfərlərin mahiyyətində çox ciddi geosiyasi məsələlərin müzakirəsi dayanır. Bir həftənin içində Türkiyənin həm xarici işlər nazirinin, həm də baş nazirinin Bakıya gəlişi Türkiyə ilə Rusiya arasında yaranmış gərginlik, təyyarə vurulması olayından sonra ortaya çıxan yeni geosiyasi vəziyyətlə bağlıdır. Bu hadisədən sonra regionda həqiqətən də yeni bir geosiyasi vəziyyət və yeni bir mənəvi-psixoloji situasiya yaranıb. Rusiya 2008-ci ilin yayında Gürcüstana hərbi müdaxiləsindən sonrakı keçən müddətdə ona görə meydan sulaya bilirdi ki, bu dağıdıcı hərbi gücün başda ABŞ olmaqla heç bir NATO dövləti qarşısını almaq, ona güc tətbiq etmək istəmirdi. Türkiyə Rusiyanın qırıcı təyarəsini vurmaqla illərdir davam edən bu sindromu alt-üst etmiş oldu. Rusiyanın barəsində yaranmış qarşısı alınmaz mifini yerlə bir etdi.
Suriyaya hərbi müdaxilə üçün Rusiyanın indiyə qədər gətirdiyi tezisləri bu gün artıq Türkiyə Rusiyanın özünə qarşı istifadə etməyə başlayıb. Moskva əsas göstərir ki, Suriyaya daxil olması legitimdir, ona görə ki, Suriyanın prezidenti rəsmi dəvət edib. Türkiyə isə Əsədin ölkənin cəmi 10-15 faizinə nəzarət edə bildiyini və legitimliyini itirdiyini, Suriyanın daha böyük ərazilərinə nəzarət edən Suriya müxalifətinin istəyi ilə hər an bu ölkəyə daxil ola biləcəyini bəyan edir. Türkiyə, istisna deyil ki, Dağlıq Qarabağ məsələsində də önə çıxmaq üçün şərait yarandığına əmin olaraq Azərbaycanın ərazisi olan Qarabağa Azərbaycan dövlətinin dəvəti ilə girmək, antiterror əməliyyatları həyata keçirmək məsələsini qaldırmaq istəyir”.
 
Ekspertin fikrincə, Mövlud Çavuşoğlunun səfərində də Dağlıq Qarabağ mövzusunun bu istiqamətdə müzakirəyə çıxarıldığı istisna deyil. Baş nazir Əhməd Davudoğlunun da Bakıda eyni məsələni müzakirə edəcəyini ehtimal etmək olar: “Türkiyə hökuməti haqlı olaraq bəyan edə bilər ki, əgər Rusiya bir çağırışla Suriyaya antiterror əməliyyatları adı altında daxil ola bilirsə, Türkiyə də Azərbaycanın bütün dünya tərəfindən qəbul edilən hakimiyyətinin dəvəti ilə istənilən an Qarabağda real antiterror əməliyyatlarına başlaya bilər. Ola bilsin ki, Türkiyə hökuməti rəsmi Bakı ilə bu istiqamətdə müzakirələrə başlayıb. Xarici işlər naziri Bakıda olan gün baş nazir Əhməd Davudoğlunun ”Türkiyə Azərbaycanla birlikdə Ermənistan işğalı altında olan Dağlıq Qarabağı işğaldan azad etməyə hazırdır” bəyanatını verməsi təsadüfi hesab edilməməlidir.
Azərbaycanın razılığı və dəvəti olarsa, Türkiyənin Azərbaycanın ərazilərindəki erməni terrorçularını zərərsizləşdirmək üçün hərbi əməliyyatlara başlaması beynəlxalq hüquqa tam uyğun olar. Dağlıq Qarabağ və digər işğal olunmuş rayonlar Ermənistan əraziləri deyil ki, Rusiya Türkiyənin bu ərazilərdə antiterror əməliyyatlarına etiraz etmək üçün qanuni əsas tapa bilsin. 
Rusiya bilməlidir ki, Türkiyəyə qarşı prosesi davam etdirəcəksə yuxarıda qeyd etdiyimiz məsələlərlə üz-üzə qalmalı olacaq. Türkiyə Ukrayna hakimiyyətinin də dəvəti ilə Rusiyaya bağlı olan separatçıların meydan suladığı Ukrayna ərazilərinə girə bilər. Bu məsələlərdə Qərb də Türkiyəni müdafiə edəcək”.
Artıq Rusiyanın hərbi-siyasi ekspertləri Türkiyənin Dağlıq Qarabağa girə biləcəyi barədə müzakirələr etməkdə və narahatlıqlarını ifadə eləməkdədirlər. Rusiyanın TASS agentliyində keçirilən “Rusiya və Türkiyə: böhranın qarşısını almağın yolları” adlı tədbirdə Geosiyasi Problemlər  Akademiyasının prezidenti, general-polkovnik Leonid İvaşov Türkiyənin Dağlıq Qarabağ probleminin həllinə qarışmağa ixtiyarının olmadığını söyləyib: “Türkiyə tərəfinin Rusiya təyyarəsi vurulandan sonra üzr istəməməsi, üstəlik də Dağlıq Qarabağ münaqişəsi ilə bəyanatları hansısa təxribatın olduğundan xəbər verir. ABŞ-la Türkiyənin əlaqələrini, ABŞ-ın bu ölkənin rəhbərliyinə təsir gücünü nəzərə alaraq, hesab edirəm ki, Türkiyə rəhbərliyi özbaşına iş görmür”.
Hansı əsasla rusiyalı hərbi-siyasi ekspert, ehtiyatda olan general-polkovnik Dağlıq Qarabağ münaqişəsinə Türkiyənin müdaxilə etmək ixtiyarı olmadığını hesab edir və işğalçı ölkə Ermənistanı dəstəkləyir? Rusiya KTMT üzvü kimi Ermənistanın ərazisinə qorumağa borcludur. Dağlıq Qarabağ ki, Ermənistan ərazisi deyil…
Bu suala ehtiyatda olan general belə cavab verib: “Rusiya Dağlıq Qarabağda müharibənin başlanmasının əleyhinədir. Nəinki, Dağlıq Qarabağda, ümumiyyətlə, Cənubi Qafqazda müharibənin başlanmasını Moskva istəmir. Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın siyasəti ondan ibarətdir ki, bu problem siyasi danışıqlar, sülh yolu ilə həll olunmalıdır. Rusiya əlindən gələni edir və bundan sonra da edəcək ki, tərəflər arasında danışıqlar prosesi davam etsin. Müharibəyə yol vermək olmaz. Bu, birinci məqamdır. İkinci məqam isə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmamasıdır. Vaxtilə olub, sonra isə çıxıb. Ermənistan isə Rusiyanın müttəfiqidir. Bu nöqteyi-nəzərdən Türkiyə baş nazirinin və silahlı qüvvələrinin Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək ixtiyarı yoxdur. Əgər Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə Türkiyə müdaxilə edərsə, Rusiya dərhal məsələyə qarışmaq məcburiyyətində qalacaq. Çünki Ermənistan Türkiyə ilə quru sərhədə malikdir”.
Politoloq Natiq Miri isə rusiyalı ekspertin səsləndirdiyi fikrin absurd olduğunu bildirdi: “Rusiyalı generala verilən sualda da açıq qeyd edilir ki, Dağlıq Qarabağ Ermənistan ərazisi deyil. Rusiyanın Türkiyəni ittiham eləmək üçün heç bir qanuni əsası yoxdur”.
Previous Post

“Türkiyə Qarabağda antiterror əməliyyatına başlaya bilər”

Next Post

İnternet porbleminin əsl səbəbi – “Delta Telekom”un rəhbəri danışdı

Bənzər yazılar

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

22 Sentyabr 2026 - 13:39

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən “Əvvəl bilik, sonra...

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

Next Post

İnternet porbleminin əsl səbəbi - “Delta Telekom”un rəhbəri danışdı

İnternet porbleminin əsl səbəbi - “Delta Telekom”un rəhbəri danışdı

Son xəbərlər

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

05 Oktyabr 2026 - 20:03
AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

05 Oktyabr 2026 - 19:54
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

05 Oktyabr 2026 - 19:53
ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

05 Oktyabr 2026 - 19:48
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

05 Oktyabr 2026 - 19:23
Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

05 Oktyabr 2026 - 19:17
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

05 Oktyabr 2026 - 19:08
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

05 Oktyabr 2026 - 18:45
ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

05 Oktyabr 2026 - 18:37
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

05 Oktyabr 2026 - 18:23
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

05 Oktyabr 2026 - 18:11
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

05 Oktyabr 2026 - 17:56
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

05 Oktyabr 2026 - 17:49
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

05 Oktyabr 2026 - 17:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.