Türkiyə dəmiryolu şəbəkəsini 13 min 919 kilometrdən 17 min 11 kilometrədək genişləndirəcək.
Elchi.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatında qeyd edilib.
Məlumata görə, bununla bağlı layihələr tamamlanmaq üzrədir. Həmçinin, 2 min 452 kilometrlik yeni xətlər üçün yol xəritəsi də artıq müəyyənləşib.
Qeyd edilib ki, ümumi layihələr sırasında Qars-Iğdır-Aralık-Dilucu (Zəngəzur) dəmiryolu xətti strateji baxımdan əhəmiyyət kəsb edir. Xəttin uzunluğu 224 kilometr olacaq. Marşrut üzrə 5 stansiyanın quraşdırılması planlaşdırılır. Saatda 160 kilometr/saat sürətlə hərəkət nəzərdə tutulan xətdə il ərzində 5,5 milyon sərnişin və 2 milyon ton yük daşınması planlaşdırılıb.
Prezident: 3 500-dən çox Azərbaycan vətəndaşı minalardan zərər çəkib
Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla,...





















Son şərhlər