Türkiyənin texnologiya şirkəti ASELSAN Azərbaycanı Zəfər Günü münasibəti ilə təbrik edib.
Elchi.az xəbər verir ki, bu barədə şirkətin sosial media hesabında bildirilib.
“Qarabağ Zəfərinin 5-ci ildönümünü böyük coşqu və qürurla qeyd edən qardaş Azərbaycan və xalqını Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik. Milli texnologiya əməkdaşlığımızla ortaq gələcəyimizə doğru irəliləməyə davam edəcəyik”, – ASELSAN qeyd edib.






















