Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik İsrailə başsağlığı verib.
Elchi.az xəbər verir ki, Ö.Çelik bu barədə Tvitter hesabında paylaşım edib.
“Bu terror hücumunu qınayırıq. İsrail hökuməti və xalqına, eyni zamanda hücum zamanı yaxınlarını itirənlərin ailələrinə başsağlığı diləyirik”, – partiya sözçüsü bildirib.
Qeyd edək ki, Qüds şəhərində sinaqoqa silahlı hücum olub. Nəticədə 8 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
Banklar və enerji sektoru hədəfdə: Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi
Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibəyə cavab olaraq Rusiyaya qarşı 22-ci sanksiyalar paketini elan edib. Təxminən 60 Rusiya bankının beynəlxalq ödəniş...





















Son şərhlər