Türkiyənin İzmir şəhərində polis bölməsinə silahlı basqın edilib.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində 2 polis həlak olub, 1 polis əməkdaşı ağır yaralanıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələki məlum deyil.
***
İzmirdə polis bölməsinə silahlı hücum nəticəsində yaralananların sayı 6-ya çatıb, onlardan birinin vəziyyəti ağırdır.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Hadisənin 16 yaşlı şəxs tərəfindən törədildiyi məlum olub.
Faktla bağlı araşdırmalara başlanılıb.
























Son şərhlər