Türkiyənin Qəhrəmanmaraş şəhərinin Bazarcıq rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ yerin 8,31 kilometr dərinliyində baş verib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.