Ankara bütün ölkə ərazisində “Qəhrəmanlar” kod adlı genişmiqyaslı antiterror əməliyyatına başlayıb. Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Erlikaya “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Qəhrəmanlar əməliyyatı çərçivəsində Mersin, Van, Şanlıurfa, Mardin və Aydında 12 terror təşkilatı üzvü saxlanılıb. Bundan əlavə ən azı 55 terror şübhəlisi saxlanılıb”, – deyən nazir əməliyyatlarda 13 440 təhlükəsizlik qüvvəsinin iştirak etdiyini qeyd edib.
Qeyd edək ki, 2022-ci ilin iyununda Türkiyə Suriyanın sərhəd bölgələrində yeni antiterror əməliyyatına başladığını elan edib.
Havar Şəfiyeva